Sosial xidmət müəssisələrində də dezinfeksiya işləri aparılır - FOTO

Sosial xidmət müəssisələrində də dezinfeksiya işləri aparılır - FOTO

15 sosial xidmət müəssisəsi var

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun sosial xidmət müəssisələrində koronavirus (COVİD-19) əleyhinə mütəmadi olaraq dezinfeksiya işləri aparılır.

Nazirliyin İctimaiyyətlə əlaqələr və kommunikasiya şöbəsindən BakuCity.az-a verilən məlumata görə, Nazirlər Kabinetinin “Azərbaycanda yeni koronavirus xəstəliyinin yayılmasının qarşısının alınmasına dair fəaliyyət planı”nın icrası işləri çərçivəsində sosial müəssisələrdəki bütün bölmə və güşələr dezinfeksiya edilir.

Eyni zamanda, profilaktik tədbirlərin effektivliyinin yüksəldilməsi məqsədilə bu müəssisələrdə sanitar-gigiyenik vəziyyətə ciddi nəzarət həyata keçirilir.

Qeyd edək ki, fondun əhalinin həssas qrupundan olan şəxslər üçün 15 sosial xidmət müəssisəsi fəaliyyət göstərir. Sosial xidmət müəssisələrində 1100-dən çox şəxs daimi dövlət təminatında olmaqla stasionar şəraitdə reabilitasiya yönümlü sosial xidmətlərlə təmin edilir.

Sosial xidmət müəssisələrində də dezinfeksiya işləri aparılır - FOTO, fotoşəkil-1 Sosial xidmət müəssisələrində də dezinfeksiya işləri aparılır - FOTO, fotoşəkil-2 Sosial xidmət müəssisələrində də dezinfeksiya işləri aparılır - FOTO, fotoşəkil-3 Sosial xidmət müəssisələrində də dezinfeksiya işləri aparılır - FOTO, fotoşəkil-4 Sosial xidmət müəssisələrində də dezinfeksiya işləri aparılır - FOTO, fotoşəkil-5

BakuCity.az

Sosial xidmət müəssisələri dezinfeksiya koronavirus
Əgər səhv görmüsünüzsə, mətndə səhvi seçin və Ctrl+Enter sıxaraq redaksiyaya göndərin
Şərhlər