AZAL və “Buta Airways" biletləri qaytarmağa və ya dəyişdirməyə icazə verdi

Azərbaycanın Milli aviadaşıyıcısı bütün istiqamətlər üzrə biletləri dəyişməyə hazırdır

Koronavirus infeksiyası (COVİD-19) ilə bağlı dünyadakı vəziyyətlə əlaqədar Azərbaycanın milli aviadaşıyıcısının rəhbərliyi sərnişinlər istədikdə bütün ləğv edilmiş istiqamətlər üzrə biletlərin qaytarılması və dəyişdirilməsi, həmçinin fəaliyyətdə olan istiqamətlər üzrə biletlərin dəyişdirilməsi barədə qərar qəbul edib.

BakuCity.az-ın məlumatına görə, beləliklə, “Azərbaycan Hava Yolları” aviaşirkəti (AZAL) və aşağıbüdcəli “Buta Airways” aviadaşıyıcısının bütün ləğv olunmuş (və yaxud gələcəkdə ləğv olunacaq) istiqamətləri üzrə istənilən tarif üzrə əldə olunmuş biletlərin qaytarılması və ya dəyişdirilməsinə icazə verilir. Sərnişinlər cəriməsiz şəkildə biletin geri qaytarılmasını rəsmiləşdirə və həmin aviabiletin tam dəyərini geri ala, istiqaməti və uçuş tarixini dəyişdirə bilərlər.

Həmçinin sərnişinlərin çoxsaylı müraciətlərini nəzərə alaraq, AZAL və “Buta Airways” aviaşirkətləri tərəfindən yerinə yetirilən bütün reyslərə rəsmiləşdirilən aviabiletlərin sərnişinin 31 mart  2020-ci il tarixinədək müraciətinə əsasən aşağıdakı şərtlərə əməl olunaraq dəyişdirilməsinə icazə verilir:

- yeni aviabiletlərin uçuş tarixi 31 dekabr 2020-ci il tarixindən gec olmamalıdır;
- biletin dəyişdirilməsi zamanı tarifin maksimal etibarlılıq müddəti tətbiq olunur;
- hər aviabilet bronlaşdırma sistemində başqa tarixə eyni xidmət sinfi mövcud olduğu halda cəmi bir dəfə cərimə tətbiq olunmadan dəyişdirilə bilər;
- eyni bronlaşdırma sinfi mövcud olmadıqda siniflər arasındakı tarif fərqi sərnişin   tərəfindən ödənilməlidir.

Bundan əlavə, Azərbaycanın Milli aviadaşıyıcısı cari ilin may ayının sonunadək bəzi tariflərin brendlərində aviabiletlərin geri qaytarılması və dəyişdirilməsi qaydalarına dəyişikliklər edir. Belə ki, 14 mart tarixindən 31 may tarixinədək əldə olunan aviabiletlər üçün aşağıdakı tariflərdə yenidən təxsisetmə və biletlərin geri qaytarılması ilə bağlı cərimələr üzrə bütün məhdudiyyətlər götürülür: “AZAL” aviaşirkətinin  “Economy Flex” tarifi və “Buta Airways” aşağıbüdcəli aviaşirkətinin “SUPER” tarifi.

Bu halda sərnişinlər aşağıdakı hüquqlara malikdirlər:

- əldə olunmuş aviabiletin geri qaytarılmasını rəsmiləşdirmək və həmin aviabiletin tam dəyərini geri almaq – uçuşdan həm əvvəl, həm də sonra;
- uçuş vaxtını ilkin yola düşmə və təyinat məntəqələrinin və xidmət sinfinin saxlanılması ilə yenidən təxsisetməyə görə cərimə tutulmadan daha münasib vaxta keçirilməsini uçuşdan həm əvvəl, həm də sonra rəsmiləşdirmək.

Hazırkı qaydalar “AZAL” və “Buta Airways” aviaşirkətlərinin “Economy Flex” və “SUPER” tariflərinin brendlərinin tətbiq olunduğu bütün istiqamətlərinə şamil olunur.

Aviaşirkətin rəsmi saytında onlayn rejimdə  alınan aviabiletin geri qaytarılması üçün [email protected] elektron poçt ünvanı vasitəsilə çağrı mərkəzi və yaxud saytımızdakı əks əlaqə forması: https://help.azal.az/hc/az/requests/new vasitəsilə əlaqə saxlaya bilərsiniz.

Aviabilet turizm şirkətindən və ya agentlikdən əldə olunduğu təqdirdə müvafiq turizm agentliyinin satış kassalarına müraciət etməyiniz xahiş olunur. Təxsisetmə kredit və ya debet kartı vasitəsilə ödənildiyi halda vəsait karta qaytarılacaq.

BakuCity.az

AZAL “Buta Airways" bilet
Əgər səhv görmüsünüzsə, mətndə səhvi seçin və Ctrl+Enter sıxaraq redaksiyaya göndərin

Şərhlər

Cəmiyyət
"Azərbaycanda bundan sonra kişilərin pensiya yaşının artırılması nəzərdə tutulmur". BakuCity.az xəbər verir ki, bunu Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi nəzdində Dövlət Sosial Müdafiə Fondunun əməkdaşı Ayxan Məcidov "Pensiya təyinatı və hesablanma qaydaları"na həsr olunan "Facebook"da yayınlanan "Sosial saat" verilişində deyib.  Ayxan Məcidov qeyd edib ki, hazırda yaşa görə əmək pensiyasının təyin edilməsi üçün kişilərin yaş həddi 65, qadınların is...
Siyasət
Türkiyəyə məxsus pilotsuz uçuş aparatları Ermənistanla sərhəd boyu uçuşlara başlayıb. BakuCity.az xəbər verir ki, bu barədə real uçuşları qeydə alan flightradar24.com saytında məlumat verilib. Bildirilib ki, aparatların uçuşu səhər saatlarından başlayıb və hələ də davam edir. Türkiyə PUA-larının kəşfiyyat uçuşlarının Tovuz istiqamətində hərbi gərginliklə bağlı olduğu qeyd edilib. (modern.az) BakuCity.az
Siyasət
“Hesab edirəm ki, Azərbaycanla Ermənistan arasında artıq silahlar danışmalıdır. Çünki düşmən tərəfi bizə başqa yol qoymayıb”. BakuCity.az xəbər verir ki, bunu hərbi ekspert Üzeyir Cəfərov deyib. Üzeyir Cəfərov Ermənistanın Azərbaycana müharibədən başqa ikinci bir yol saxlamadığını bildirib. “Prezidentin də dediyi kimi, əgər danışıqlar prosesi nəticə vermirsə, geriyə sadəcə problemin hərbi yolla həll olunması məsələsi qalır. Artıq silahlar danışmalıdır. Dün...
Cəmiyyət
İlk səfərbərlik qrupu yola düşüb.  Xəbər verdiyimiz kimi Dövlət Səfərbərlik Xidmətinin yaydığı məlumata görə, bu gündən Azərbaycan ordusunun ehtiyatda olan hərbi qulluqçuları təlim keçmək üçün çağırılır. Həmçinin oxu: Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin məlumatı – ÇAĞIRIŞ BakuCity.az xəbər verir ki, artıq Ağdaş rayonundan ilk qrup yola düşüb. (parla) BakuCity.az
Cəmiyyət
Erməni ordusu təxribat törətməkdə davam edir. Ermənistan yeni təxribat planları hazırlayaraq əsl niyyətinin münaqişənin sülh vasitəsilə həlli deyil, Azərbaycan torpaqlarının qanunsuz işğalının davam etdirilməsi olduğunu nümayiş etdirməkdədir. BakuCity.az xəbər verir ki, təcavüzkar əməllərini həyata keçirməklə, sülh və insanlıq əleyhinə olan cinayətlər törətməyi davam etdirən Ermənistan silahlı qüvvələri tərəfindən atəşkəs rejimi növbəti dəfə pozularaq 20 s...
Siyasət
Mənasız danışıqlar bitdi! “Azərbaycan regionda müharibənin başlamasına hər zaman qarşı olub. Amma Ermənistan tərəfi hər bir yolla bölgədəki vəziyyəti qarışdırmağa, işğal siyasətini davam etdirməyə çalışıb. Ölkə başçısı son çıxışında bu məsələyə xüsusilə toxundu və artıq danışıqlar prosesini uzanmasının mənasız olduğunu bildirdi”. BakuCity.az xəəbər verir ki, bu sözləri Milli Məclisin Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsinin üzvü, millə...
Cəmiyyət
Tovuz istiqamətində düşmən növbəti dəfə təxribat törədib. Bu gün saat 09:20 radələrində Ermənistan-Azərbaycan dövlət sərhədinin Tovuz istiqamətində düşmənin növbəti təxribatı nəticəsində Azərbaycan Ordusunun müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçusu kiçik çavuş Məmmədov Elşən Əli oğlu şəhid olub. Həmçinin oxu: Azərbaycan Ordusunun çavuşu şəhid oldu BakuCity.az xəbər verir ki, Şəhid olan kiçik çavuş Məmmədov Elşən Əli oğlu Tovuzun Qaziqulu kəndin...
Cəmiyyət
Vəziyyət gərginləşir. Ermənistan və Azərbaycan qoşunlarının təmas xəttində və Ermənistanla dövlət sərhədi istiqamətində vəziyyət düşmən tərəfindən məqsədyönlü şəkildə getdikcə daha da gərginləşdirilir. Amma bütün hallarda Azərbaycan Ordusunun qoşun növlərinin tətbiqi ilə düşmən təxribatlarının qarşısı alınıb və düşmən ağır itkilərə məruz qalıb. BakuCity.az xəbər verir ki, dünən gecə saatlarında Hava Hücumundan Müdafiə bölmələrimizin fəaliyyəti nəticəsində...
Cəmiyyət
Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti məlumat yayıb “Hərbi vəzifə və hərbi xidmət haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən hərbi vəzifəlilər ehtiyatda olduqları dövrdə hərbi təlim, hərbi yoxlama və xüsusi toplanışlara çağırılırlar. BakuCity.az xəbər verir ki, bu barədə Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətindən məlumat verilib. Məlumata görə, Dövlət Xidməti tərəfindən ehtiyatda olan hərbi vəzifəlilərin müxtə...