Qoruqlar da bağlandı - SİYAHI

Qoruqlar da bağlandı - SİYAHI

Turizm müəssisələrinə girişə məhdudiyyət qoyuldu

Dövlət Turizm Agentliyi (DTA) Nazirlər Kabineti yanında Operativ Qərargahının 14 mart 2020-ci il saat 00:00-dan etibarən ölkə ərazisində bəzi sosial izolyasiya tədbirlərinin tətbiqi qərarını rəhbər tutaraq tabeliyində olan turizm nümayiş obyektləri, məbəd və muzeylərə girişə məhdudiyyət qoyur.

Agentlikdən BakuCity.az-a verilən məlumata görə, aşağıda adları qeyd olunan mədəni turizm müəssisələri ölkə ərazisində tətbiq olunan profilaktik sosial izolyasiya tədbirləri müddətində və Operativ Qərargahın xüsusi qaydalarla əlaqədar qəbul edəcəyi növbəti qəraradək ziyarətçilər üçün qapalı olacaq:

- “Atəşgah məbədi” Dövlət Tarix-Memarlıq Qoruğu;

- “Yanar dağ” Dövlət Tarix-Mədəniyyət və Təbiət Qoruğu;

- “Yuxarı Baş” Dövlət Tarix-Memarlıq Qoruğu;

- Şəki Xan Sarayı, Şəkixanovların ev muzeyi, ​ Şəki Diyarşünaslıq Muzeyi, Şəki Xalq Tətbiqi Sənət Muzeyi və Şəki Rəsm Qalereyası;

- “Kiş” Tarix-Memarlıq Qoruğu: Alban məbədi.

BakuCity.az

qoruqlar koronavirus
Əgər səhv görmüsünüzsə, mətndə səhvi seçin və Ctrl+Enter sıxaraq redaksiyaya göndərin
Şərhlər