İçərişəhərdəki muzeylərin də fəaliyyəti dayandırıldı

İçərişəhərdəki muzeylərin də fəaliyyəti dayandırıldı

Müvəqqəti bağlanır

“İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsindəki muzeylərin fəaliyyəti dayandırılır. 

Bu barədə BakuCity.az-a İdarənin mətbuat xidmətindən məlumat verilib.

Bildirilib ki, COVİD-19 (koronavirus) virusuna qarşı ölkəmizdə aparılan müvafiq profilaktik tədbirlərin gücləndirilməsi çərçivəsində Nazirlər Kabineti yanında operativ qərargahın 13 mart tarixli bəzi izolyasiya tədbirləri barədə göstərişlərinə əsasən İçərişəhərdə yerləşən İdarənin strukturuna daxil olan bütün muzeylərin fəaliyyəti 14 mart tarixindən müvəqqəti olaraq dayandırılır. 

BakuCity.az

İçərişəhər muzeylər koronavirus
Əgər səhv görmüsünüzsə, mətndə səhvi seçin və Ctrl+Enter sıxaraq redaksiyaya göndərin
Şərhlər