Sərhəddə qalan 4 avtobusun girişinə icazə verildi - Türkiyədən azərbaycanlıları gətirirlər

Sərhəddə qalan 4 avtobusun girişinə icazə verildi - Türkiyədən azərbaycanlıları gətirirlər

Avtobusların hərəkəti məhdudlaşdırılıb

Ötən gün axşam saatlarında Bakı-İstanbul müntəzəm marşrut xətlərinə məxsus, Azərbaycan vətəndaşlarını daşıyan 4 avtobusun epidemiya ilə əlaqədar təxirəsalınmaz tədbirlər çərçivəsində Türkiyə-Gürcüstan sərhəd-keçid məntəqəsində hərəkəti məhdudlaşdırılıb.

BakuCity.az xəbər verir ki, məlumat daxil olduqdan dərhal sonra Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi yanında Dövlət Avtomobil Nəqliyyatı Xidməti ilə Gürcüstanın Yerüstü Nəqliyyat Agentliyi arasında aparılan danışıqlar nəticəsində "STAR OK" daşıyıcı şirkətinə məxsus 34 BPY 784 dövlət nömrə nişanlı avtobus artıq Bakıya doğru yola düşüb.

"VARDAR", "ALPAR" və "METRO" daşıyıcı şirkətlərinə məxsus 99 JH 866, 34 BRT 107 və 34 EK 7002 dövlət nömrə nişanlı avtobusların ölkəmizə girişinə razılıq verilib. Ümumi prosedur qaydaları tamamlandıqdan sonra avtobuslar yola düşəcək.

Qeyd edək ki, Nazirlər Kabineti yanında Operativ Qərargahın tələblərinə müvafiq şəkildə təhlükəsizlik tədbirləri çərçivəsində ümumi prosedur qaydalarından sonra sərnişinlərin dövlət sərhəddindən buraxılış məntəqələrinə keçidinə icazə veriləcək. Sərnişinlərə və onların yaxınlarına mövcud durumda təşvişə yol vermədən 012 566 52 58 nömrəli “qaynar xət”lə əlaqə saxlamaları tövsiyə edilir.

BakuCity.az

Sərhəd avtobuslar Türkiyə
Əgər səhv görmüsünüzsə, mətndə səhvi seçin və Ctrl+Enter sıxaraq redaksiyaya göndərin

Şərhlər