Bakıda minik avtomobili yanıb
BakuCity.az Oxu.az-a istinadən xəbər verir ki, axşam saatlarında Tbilisi prospektində “Nissan” markalı avtomobil yanaraq kül olub.
Hadisə yerinə Fövqəladə Hallar Nazirliyinin Yanğından Mühafizə Xidmətinin əməkdaşları cəlb olunublar.
Yanğının səbəbləri məlum deyil.