Azərbaycanda sabiq vəzifəli şəxs koronavirusa görə karantinə alındı - FOTO

Azərbaycanda sabiq vəzifəli şəxs koronavirusa görə karantinə alındı - FOTO

Həyat yoldaşı ilə birgə karantinə alındı

Ağsu rayonundan iki nəfər koronavirusla bağlı karantinə götürülüb.

BakuCity.az Oxu.az-a istinadən xəbər verir ki, Ağsu rayonunun Padar kənd sakini Umudov Əvəz Sabir oğlu bir müddət əvvəl həyat yoldaşını İrana müalicəyə aparıb.

Müalicədən qayıdarkən yoxlanış zamanı o və həyat yoldaşı müayinə məqsədilə karantinə alınıb.

Hazırda hər iki şəxsin karantində saxlanıldığı deyilir.

Xatırladaq ki, Ə.Umudov əvvəllər Padar kənd bələdiyyəsinin sədri vəzifəsində çalışıb.

Azərbaycanda sabiq vəzifəli şəxs koronavirusa görə karantinə alındı - FOTO, fotoşəkil-1

BakuCity.az

koronavirus yoluxma
Əgər səhv görmüsünüzsə, mətndə səhvi seçin və Ctrl+Enter sıxaraq redaksiyaya göndərin

Şərhlər