Bakıya giriş-çıxış bağlanacaq? - AÇIQLAMA

Bakıya giriş-çıxış bağlanacaq? - AÇIQLAMA

“Qərarın qəbul olunması ehtimalı var"

Milli Məclisdə Bakıya giriş-çıxışı məhdudlaşdıran qanunun hazırlacağı haqqında məlumat yayılıb.

BakuCity.az-ın məlumatına görə, bu barədə millət vəkili Fazil Mustafa Teleqraf.com-a açıqlama verib.

Onun sözlərinə görə, hələlik bu barədə dəqiq məlumat yoxdur:

“Qərarın qəbul olunması ehtimalı var. Bütün hallarda qaydalar sərtləşdiriləcək.

Bu gün müvafiq komitələrdə məsələ ilə bağlı müzakirələr aparılır. Məsələ Milli Məclisin plenar iclasında müzakirə olunacaq. Müzakirə olunduqdan sonra dəqiq qərar veriləcək. Vətəndaşların vəziyyəti nəzərə alınacaq.

Burada həyati riskdən söhbət gedir. Ona görə də məsələdə ən ciddi addımların atılması vacibdir”.

BakuCity.az

Bakı koronavirus karantin
Əgər səhv görmüsünüzsə, mətndə səhvi seçin və Ctrl+Enter sıxaraq redaksiyaya göndərin
Şərhlər