Azərbaycanda koronavirusa görə cərimələr tətbiq olunacaq

Azərbaycanda koronavirusa görə cərimələr tətbiq olunacaq

Cinayət Məcəlləsinə dəyişiklik təklif edilir

Azərbaycanda koronavirusa görə cərimələr tətbiq ediləcək.

BakuCity.azxəbər verir ki, epidemiya əleyhinə rejimin, sanitariya, gigiyena və karantin rejimlərinin pozulmasına görə fiziki şəxslər 100 manatdan 200 manatadək məbləğdə, vəzifəli şəxslər isə 1500 manatdan 2000 manatadək məbləğdə cərimə ediləcək.

Yaxud işlərin hallarına görə xətanı törədənin şəxsiyyəti nəzərə alınmaqla bir ayadək müddətə həbs tətbiq olunur.

Hüquqi şəxslər 2 min manatdan 5 min manatadək cərimə ediləcək.

Eyni əməllər insan ölümünə və ya digər ağır nəticələrə səbəb olduqda 3 ildən 5 ilədək müddətə azadlığın məhdudlaşdırılması və 3 ildən 5 ilədək azadlıqdan məhrumetmə ilə cəzalandırılacaq.

Bununla bağlı Cinayət Məcəlləsinə dəyişiklik təklif edilir.

Dəyişiklik layihəsi Milli Məclisin martın 17-də keçiriləcək iclasında müzakirə olunacaq.

BakuCity.az

koronavirus cərimələr
Əgər səhv görmüsünüzsə, mətndə səhvi seçin və Ctrl+Enter sıxaraq redaksiyaya göndərin

Şərhlər