Azərbaycan vətəndaşlarının Gürcüstan sərhədindən keçidinə icazə verildi

DANX Gürcüstanda qalan Azərbaycan vətəndaşları ilə bağlı məlumat yaydı

Martın 15-i koronavirus epidemiyasına qarşı təxirəsalınmaz tədbirlər çərçivəsində Türkiyə ilə Gürcüstan arasında "Sarp" sərhəd keçid məntəqəsinin Türkiyə vaxtı ilə 17:00-da bağlanmasına dair verilən qərarın nəticəsi olaraq İstanbul-Bakı müntəzəm marşrut xətləri üzrə avtobusların girişi sərhəddə məhdudlaşdırılıb.

Bu barədə BakuCity.az-a Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi (NRYTN) yanında Dövlət Avtomobil Nəqliyyatı Xidmətinin İctimaiyyətlə əlaqələr sektorunun müdiri Nuridə Allahyarova bildirib.

Onun sözlərinə görə, "VARDAR" və "METRO" daşıyıcı şirkətlərinə məxsus 99 JH 866 və 34 EK 7002 dövlət nömrə nişanlı avtobusların Gürcüstan sərhədindən tranzit keçidinə icazə müəyyən təhlükəsizlik tədbirləri səbəbindən bu gün verilib:

“Türkiyəyə məxsus "METRO" daşıyıcı şirkətinin avtobusuna sərhəddən tranzit keçid icazəsi verilmədiyi üçün həmin avtobusda olan sərnişinlər Gürcüstanın İqtisadiyyat və Davamlı İnkişaf Nazirliyinin Yerüstü Nəqliyyat Agentliyi tərəfindən xüsusi avtobusla təmin edilib. Sərnişinlər Gürcüstanın Lançxuti şəhərində SOCAR-a məxsus yanacaqdoldurma məntəqəsində istirahət edə biləcək, su və zəruri qida ilə təmin olunacaqlar".

O əlavə edib ki, Nazirlər Kabineti yanında Operativ Qərargahın tələblərinə müvafiq şəkildə təhlükəsizlik tədbirləri çərçivəsində ümumi prosedur qaydalarından sonra sərnişinlərimizin dövlət sərhədindən buraxılış məntəqələrinə keçidinə icazə veriləcək:

“Sərnişinlərimizdən və onların yaxınlarından mövcud durumda təşvişə yol vermədən 012 566 52 58 nömrəli "qaynar xət"lə əlaqə saxlamaları tövsiyə edilir”.

BakuCity.az

Azərbaycan vətəndaşları Gürcüstan sərhədi icazə
Əgər səhv görmüsünüzsə, mətndə səhvi seçin və Ctrl+Enter sıxaraq redaksiyaya göndərin

Şərhlər

Cəmiyyət
Azərbaycanda 65 yaşdan yuxarı müəllimlər işdən azad edilir. Yeni tədrsi ilindən başlayaraq 65 yaşdan yuxarı müəllimlərin işdən çıxarılması sosial şəbəkələrdə birmənalı qarşılanmayıb. Bəzi iddialara görə, digər sahələrdə 65 yaşdan yuxarı insanlar çalışdığı halda, təhsil müəssisələrində bu cür halların qarşısı alınır. BakuCity.az xəbər verir ki, Təhsil Nazirliyinin İctimaiyyətlə əlaqələr sektorunun müdiri Cəsarət Valehov məsələyə aydınlıq gətirib: "Pandemiya...
Hadisələr
Paytaxtda piyadanın ölümü ilə nəticələnən yol qəzası baş verib. BakuCity.az xəbər verir ki, hadisə dünən saat 20:00 radələrində baş qeydə alınıb. Sabunçu rayonu Heydər Əliyev prospektində (metronun "Koroğlu" stansiyasının qarşısı) "Mercedes" markalı minik avtomobili 18-20 yaşlı oğlanı vurub. Oğlan aldığı xəsarətlərdən hadisə yerində ölüb. Hadisə piyada keçidi olmayan yerdə qeydə baş veriv. (xezerxeber) BakuCity.az
Cəmiyyət
TƏBİB karantin rejiminin yenidən sərtləşdirilməsi barədə yayılan xəbərlərə münasibət bildirib. Bir neçə gündür sosial şəbəkələrdə, cəmiyyətdə karantin rejiminin sərtləşdiriləcəyi, SMS icazənin yenidən tətbiq ediləcəyi ilə bağlı fikirlər səsləndirilir. Bəs, karantin rejiminin sərtləşdirilməsi indiki məqamda effektli olacaqmı? BakuCity.az xəbər verir ki, məsələ ilə bağlı açıqlama verən tibb eksperti Adil Qeybulla karantin rejimin sərtləşdirilməsinin mənasız...
Cəmiyyət
Məktəblərdəki son vəziyyət açıqlanıb. Təhsil Nazirliyi ölkədə ümumi təhsil müəssisələrində koronavirusa yoluxma ilə bağlı son vəziyyəti açıqlayıb. BakuCity.az xəbər verir ki, sentyabrın 22-də 36 şagirddə hərarət 37 dərəcədən yüksək olub. Məlumata görə, 10 şagirddə koronavirus aşkarlanıb. Virusun aşkarlandığı işçi heyətin sayı isə 7 nəfərdir. Həmçinin oxu: Ekspert: Məktəblərin fəaliyyəti yenidən məhdudlaşdırılacaq Sentyabrın 22-də 7 nəfər işçi heyətdə də 37...
Cəmiyyət
Təmir-bərpa işlərinə başlanılır.  "Qaz İxrac" İdarəsi bu gün səhər saat 09:00-dan etibarən "Alatava” Qaz Paylayıcı Stansiyasından qidalanan "Mikrorayon” və "Tbilisi prospekti” ölçü qovşaqlarında təmir işlərinin aparılması ilə əlaqədar qaz təchizatını dayandırmağı planlaşdırır. Qaz xətti üzərində yerləşən diametri 250 mm-lik siyirtmədə əmələ gəlmiş qaz sızmaları aradan qaldırılacaq. BakuCity.az "Azəriqaz"a istinadən xəbər verir ki, təmir işləri görülən vaxt...
Cəmiyyət
Kimlər hərbi təlimlərdə iştirakdan boyun qaçıra bilərlər?  Xəbər verdiyimiz kimi, ötən gün Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti ehtiyatda olan hərbi vəzifəlilərin müxtəlif ixtisaslar üzrə təlim toplanışlarına çağırılması barədə məlumat yayıb.  BakuCity.az xəbər verir ki, bundan sonra paytaxt və digər şəhərlərdəki gənclərə Səfərbərlik Xidmətindən zənglər gələrək rayon hərbi komissarlıqlarına yaxınlaşması istənilib...
Cəmiyyət
Metroda “maska insidenti”. 31 may 2020-ci il tarixdə “Bakı Metropoliteni”nin “Qara Qarayev” stansiyasında xidməti vəzifələrini icra edən “Bakı Metropoliteni”nin Polis Şöbəsinin əməkdaşlarına bir qrup şəxs tərəfindən müqavimət göstərilərək zor tətbiq olunması faktı üzrə Cinayət Məcəlləsinin 139-1.1 (epidemiya əleyhinə və karantin rejimlərinin pozulması), 221.2.1 (xuliqanlıq, bir qrup şəxs tərəfindən törədildikdə), 221.2.2 (ictimai qaydanın qorunması üzrə və...
Cəmiyyət
Qürurverici mənzərə yaranıb. Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti tərəfindən ehtiyatda olan hərbi vəzifəlilərin müxtəlif ixtisaslar üzrə təlim toplanışlarına çağırılması qurumun yerli rayon idarələrinin qarşısında izdihama səbəb olub. BakuCity.az xəbər verir ki, insanlar cəbhəyə gedərək döyüşmək və torpaqlarımızın azad olunmasında iştirak etmək istədiklərini bildiriblər. Müxtəlif yaşda olan insanlar torpaqlarımızın işğaldan azad olunmas...
Cəmiyyət
"İki həftədən sonra yenidən tədris müəssisələrini fəaliyyəti məhdudlaşdırılacaq”. BakuCity.az xəbər verir ki, bunu təhsil eksperti Kamran Əsədov məktəblərdə koronavirusa yoluxma halları ilə bağlı məlumatlara aydınlıq gətirərkən deyib. K.Əsədov bildirib ki, hazırda məktəblərdə monitorinqlər aparırıq və görünən vəziyyət ürəkaçan deyil: "Şagirdlər məktəbə daxil olan zaman onlar qorunurlar, amma hər şey məktəbin qarşısında baş verir. Apardığımız monitorinqlər...