Azərbaycanın Xalq artisti vəfat etdi

Uzun sürən xəstəlikdən sonra...

Azərbaycanın Xalq artisti Rafael Dadaşov vəfat edib.

BakuCity.az xəbər verir ki, Akademik Milli Dram Teatrının aparıcı səhnə ustası, Xalq artisti Rafael Dadaşov dünyasını dəyişib.

Mərhum sənətkar uzun xəstəlikdən əziyyət çəkirdi.

Həmçinin oxu: Rafael Dadaşovun oğlu ilk dəfə efirdə göründü - VİDEO

Rafael Dadaşov 4 yanvar 1946-cı ildə Naxçıvanda doğulub. O, 1972-ci ildə M.Əliyev adına Azərbaycan Dövlət İncəsənət İnstitutunu bitirib.

1976-cı ildən Akademik Milli Dram Teatrının səhnəsində Zaur "Ümid" (M.İbrahimbəyov), Don Juan "Bəşərin komediyası, yaxud Don Juan" (M.İbrahimov), Klavdi "Hamlet" (Uilyam Şekspir), Klavdio "Heç nədən hay küy" (Uilyam Şekspir), Bəhram "Fitnə" (Abdulla Şaiq), Vojevatov və Paratov "Cehizsiz qız" (Aleksandr Ostrovski), Rövşən "Əliqulu evlənir" (Sabit Rəhman), Müstəntiq "İstintaq" (Rüstəm İbrahimbəyov), Birinci reportyor "Səhra yuxuları" (Anar), Knyaz Xasay "Xurşidbanu Natəvan" (İlyas Əfəndiyev), Qədim "Büllur sarayda" (İlyas Əfəndiyev), Cəmil "Unuda bilmirəm" (İlyas Əfəndiyev), Fikrət və Rəşad "Kimdir haqlı?" (Bəxtiyar Vahabzadə), Mirzə Fətəli "Mirzə Şəfi" (Nəbi Xəzri), Vasif "İblis" (Hüseyn Cavid), Qiyas "Şəhərin yay günləri" (Anar), Murad "Nakam qız" (A.Şirvanzadə), Fəxrəddin "Qılınc və qələm" (Məmməd Səid Ordubadi), Camal "Nişanlı qız" (Sabit Rəhman), Həsən Soltan "Şeyx Xiyabani" (İlyas Əfəndiyev), Mayis "Sevgililərin cəhənnəmdə vüsalı" (İlyas Əfəndiyev), Ədhəm Tağıyev "Dəlilər və ağıllılar" (İlyas Əfəndiyev), Mindövlət və Aydar "Sokratı anma gecəsi"("Eşşək dərisi üzərində məhkəmə") (Ç.Aytmatov və M.Şahanov), Tesey "Fedra" (J.Rasin), Özdəmir "Afət" (Hüseyn Cavid), Şeyx Nəsrullah "Ölülər" (Cəlil Məmmədquluzadə), Agah Əfəndi ("Qanlı Nigar", Sadıq Şəndil), Anton Antonoviç Skvoznik-Dmuxanovski ("Müfəttiş", Nikolay Qoqol) və s. maraqlı obrazlar yaradıb.

R.Dadaşov Azərbaycan Dövlət Televiziyasında hazırlanmış bir çox tamaşaların iştirakçısı olub. Həmin teletamaşalar içərisində Anarın "Ötən ilin son gecəsi" (Rüstəm), K.Holdoninin "Mehmanxana sahibəsi" (Sinyor Kavaler), Aslan Qəhrəmanovun "Səni axtarıram" və "Bağışla" (Vasif müəllim), Ruhəngiz Qasımovanın "Yollar görüşəndə " (Həmid), Hüseyn Cavidin "Topal Teymur" (Orxan), Üzeyir Hacıbəyovun "Ordan-burdan" (Həmid), İlyas Əfəndiyevin "Mənim günahım" (Sahib), İslam Səfərlinin "Göz həkimi" (Rauf), A.Rafın "İblis qadın" (Şef) və s. oynadığı obrazlar daha yaddaqalan və uğurlu olub.

Aktyor "Var olun qızlar" (İsa), "Yarımçıq qalmış serenada" (Saksofonçu), "Bəxt üzüyü" (Rasim), "Mənim ağ şəhərim" (Baş mühəndis) bədii, "Qaçaq Süleyman" (Qraf Vorontsov) televiziya filmlərinə çəkilib.

Rafael Dadaşov 1987-ci ildə Əməkdar Artist, 16 may 2006-cı ildə Xalq Artisti fəxri adlarına layiq görülüb. Prezident mükafatçısıdır.

29 oktyabr 2019-cu ildə Azərbaycanda teatr sənətinin inkişafındakı xidmətlərinə görə 2019-cu ildə “Şöhrət” ordeni ilə təltif olunub.

Allah rəhmət eləsin!

BakuCity.az

Xalq artisti Rafael Dadaşov
Əgər səhv görmüsünüzsə, mətndə səhvi seçin və Ctrl+Enter sıxaraq redaksiyaya göndərin

Şərhlər

Cəmiyyət
112 şagird COVID-19-a yoluxub. Xəbər verdiyimiz kimi, sentyabrın 23-də daha 7 şagird koronavirusa yoluxub. 6 işçidə isə koronavirus aşkarlanıb. Ümumilikdə bu günə kimi 112 şagird COVID-19-a yoluxub. Yoluxma sayı artarsa, məktəblər yenidən 1 aylıq bağlana bilərmi? BakuCity.az xəbər verir ki, bununla bağlı deputat Ceyhun Məmmədov danışıb. C.Məmmədov qeyd edib ki, tədrislə bağlı qərar epidemioloji vəziyyətlə bağlıdır: “Təhsil Nazirliyi qərar qəbul edərkən büt...
Cəmiyyət
Şadlıq sarayları, mərasim zalları və ticarət mərkəzləri fəaliyyətə başlayır. Azərbaycanda şadlıq sarayları, mərasim zalları və ticarət mərkəzlərinin fəaliyyəti yenidən bərpa olunur. Artıq bununla bağlı yerli icra hakimiyyəti orqanlarına göstəriş verilib. BakuCity.az xəbər verir ki, bütün rayonlar üzrə sözügedən obyektlərin işlək sahələri rayon icra hakimiyyətinin əməkdaşları tərəfindən rəsmi qeydiyyata alınır. Yaxın zamanlarda toy və yas mərasimləri ilə ba...
Cəmiyyət
İş dəftərlərinin satışı aşağı qiymətə Azərpoçtlarda satılır. Bu il 1-ci siniflər üçün nəzərdə tutulan, Təhsil Texnologiyaları Mərkəzi tərəfindən nəşr edilən iş dəftərlərinin satışı əvvəlki illərdən daha aşağı qiymətə Azərpoçtlarda həyata keçirilir. BakuCity.az xəbər verir ki, qurumun mətbuat xidmətindən verilən məlumata görə, bununla da ölkə üzrə təhsilalanlar üçün vəsaitin münasib qiymətə əlçatanlığı təmin olunur. "Respublika üzrə yaşayış məntəqələrinə uy...
İdman
"Avrokuboklarda oynadığımız bütün matçlara önəm veririk". BakuCity.az xəbər verir ki, bunu Türkiyə "Qalatasaray"ının baş məşqçisi Fatih Terim UEFA Avropa Liqasının III təsnifat mərhələsində Xorvatiyanın "Hayduk" (Split) klubu ilə oyun öncəsi keçirilən mətbuat konfransında deyib. 67 yaşlı mütəxəssis qeyd edib ki, Split təmsilçisi ilə matçda meydana fərqli heyət buraxa bilər: "Bu qarşılaşma bizim üçün çox vacibdir. Ardıcıl səfərlər yorğunluğa səbəb olur. Fut...
Cəmiyyət
COVID-19 peyvəndinin hələ də tam olaraq təsdiqlənməməsi səbəbilə narahatlıqlar davam edir. BakuCity.az xəbər verir ki, mövzu ilə bağlı infeksionist Vüqar Cavadzadə Azerforum.com-a açıqlama verib. O qeyd edib ki, bu, yeni növ infeksiya olduğu üçün, hələ onun virusoloji xüsusiyyətləri tam bilinmir: “Onun virusoloji, epidemioloji, xəstələr üzərində olan klinik xüsusiyyətləri hələ tam öyrənilməyib. İnsanlar koronavirusa yoluxduqda, ağciyər toxumalarında hansı...
Ekologiya
Bakıda sentyabrın 25-də gözlənilən hava şəraiti açıqlanıb. Milli Hidrometeorologiya Xidmətindən BakuCity.az-a verilən məlumata görə, Bakıda və Abşeron yarımadasında havanın əsasən yağmursuz keçəcəyi, gecə və səhər bəzi yerlərdə zəif duman olacağı gözlənilir. Şimal-şərq küləyi əsəcək. Havanın temperaturu Abşeron yarımadasında gecə 17-20, gündüz 26-28, Bakıda gecə 18-20, gündüz 26-28 dərəcə isti olacaq. Atmosfer təzyiqi 761 mm civə sütunu təşkil edəcək, nisb...
İdman
Bu gün UEFA Super Kubokunun yeni sahibi müəyyənləşəcək. BakuCity.az xəbər verir ki, sayca 45-ci Superkubok uğrunda oyunda Çempionlar Liqasında 2019/2020 mövsümünü qalibi olan Almaniya "Bavariya"sı ilə Avropa Liqasını qazanmış İspaniya "Sevilya"sı üz-üzə gələcək. Macarıstanın paytaxtı Budapeştdəki "Ferents Puşkaş" stadionunda keçiriləcək qarşılaşma Bakı vaxtı ilə saat 23:00-da başlayacaq. Görüşü ingiltərəli referi Entoni Teylor idarə edəcək. Oyun öncəsi "Ba...
Hadisələr
Bakı Nəqliyyat Agentliyi “BakuBus” avtobus qəzası ilə bağlı rəsmi açıqlama verib. BakuCity.az xəbər verir ki, qurumun mətbuat xidmətindən verilən məlumata görə, bu gün səhər 125 nömrəli müntəzəm marşrut xətti üzrə hərəkət edən avtobusun iştirakı ilə yol nəqliyyat hadisəsi baş verib. Hadisə nəticəsində heç kim xəsarət almayıb. 11:19 “BakuBus” avtobusu qəzaya uğrayıb. BakuCity.az xəbər verir ki, bu barədə BAKU.WS-in “qaynar xətt”inə məlumat verilib....
Cəmiyyət
Biləsuvar Rayon İcra Hakimiyyətində (RİH) növbəti kadr dəyişikliyi olub. BakuCity.az xəbər verir ki, bununla bağlı Biləsuvar RİH-nin başçısı Faiq Qürbətov sərəncam imzalayıb. Sərəncamla Rayon İcra Hakimiyyəti başçısının köməkçisi Pöhran Şahbazov işdən çıxarılıb. Hələlik onun yerinə təyinat olmayıb. Bir neçə gün öncə də rayon İcra Hakimiyyətinin Memarlıq və Tikinti şöbəsinin müdiri Yaşar Əzimov işdən çıxarılıb. BakuCity.az