Badamdarın sürüşmə zonasında yeni su şəbəkələri yaradılır - FOTO

Ərazidə yaranan tullantı suları Bayıl-Bibiheybət-Lökbatan kollektoruna yönəldiləcək

“Azərsu” ASC-nin Tədbirlər Planına uyğun olaraq, Səbail rayonunun Badamdar qəsəbəsinin sürüşmə zonası kimi tanınan 3-cü yaşayış massivində yeni içməli və tullantı su şəbəkələri yaradılır.

ASC-dən BakuCity.az-a verilən məlumata görə, Badamdar qəsəbəsinin 3-cü yaşayış massivində icra olunan layihə bu ərazidə baş vermiş torpaq sürüşməsinin aradan qaldırılması tədbirləri çərçivəsində həyata keçirilir. Yaşayış massivinin əksər hissəsində mərkəzləşdirilmiş içməli su və kanalizasiya şəbəkəsi mövcud olmayıb. Əhali tərəfindən primitiv qaydada çəkilmiş su xətlərin istismar tələblərinə cavab vermir, tez-tez qəzalara səbəb olurdu. Ərazidə yaranan tullantı isə əhali tərəfindən fərdi şəkildə yaradılmış septik qurğulara və şambolara axıdılırdı.

Yaşayış massivində içməli su və kanalizasiya şəbəkələrinin mərkəzləşdirilmiş sistemlərə qoşulmasını təmin etmək məqsədilə 2019-cu ilin sonlarında yeni layihənin icrasına  başlanılıb. İlkin mərhələdə kanalizasiya şəbəkəsinin tikintisi işləri aparılır. Layihə çərçivəsində ərazidə ümumi uzunluğu 23 km olan kanalizasiya xətləri inşa ediləcək və hər bir ünvanın kanalizasiya sisteminə qoşulması təmin ediləcək. İndiyədək kanalizasiya şəbəkəsinin 17 km-lik hissəsi inşa edilib. Yeni şəbəkə yaradılmış ərazilərdə septik qurğular və şambolar ləğv edilərək evlərin kanalizasiya xətləri mərkəzləşdirilmiş şəbəkəyə qoşulur. Tikinti-quraşdırma işlərinin cari ilin sonunadək başa çatdırılması nəzərdə tutulur. Bununla da həmin ərazidə tullantı sularının axıdılması mərkəzləşdirilmiş qaydada təmin ediləcək. Ərazidə yaranan tullantı suları Bayıl-Bibiheybət-Lökbatan kollektoruna yönəldiləcək.

Növbəti mərhələdə 3-cü yaşayış massivində içməli su şəbəkəsinin tikintisinə başlanacaq. Hazırda  bu ərazidə içməli su təchizatı əhali tərəfindən primitiv qaydada yaradılmış və uzun müddətdir istismarda olunan şəbəkələr hesabına aparılır. Mövcud su xətləri istismara yarasız vəziyyətdə olduğundan tez-tez  baş verən qəzalar su axıntısına səbəb olur.  Layihə çərçivəsində müxtəlif diametrli borularla 10,5 km uzunluğunda su xətləri inşa ediləcək. Yeni şəbəkədən hər bir evə birləşmə veriləcək. Bununla da 10 mindən çox  sakinin içməli su və kanalizasiya xidmətlərindən istifadəsi yaxşılaşacaq.

Qeyd edək ki, Badamdar qəsəbəsinin 1-ci və 2-ci yaşayış massivlərinin içməli su təchizatı və kanalizasiya sistemləri 2016-2018-ci illərdə Azərbaycan Höküməti və Səudiyyə İnkişaf Fondu ilə birgə həyata keçirilmiş layihə çərçivəsində yenidən qurulub. Layihəyə uyğun olaraq qəsəbəni dayanıqlı içməli su ilə təmin etmək 11 km magistral, 45 km şəbəkə xətləri çəkilib abonentə birləşmə verilərək sayğaclar quraşdırılıb. Eyni zamanda layihənin əhatə etdiyi ərazidə 28 km yeni kanalizasiya şəbəkəsi inşa edilib.

BakuCity.az

Badamdar sürüşmə zonası su şəbəkələri
Əgər səhv görmüsünüzsə, mətndə səhvi seçin və Ctrl+Enter sıxaraq redaksiyaya göndərin

Şərhlər

Ekologiya
31 mayda gözlənilən hava şəraiti. Mayın 31-də Bakıda və Abşeron yarımadasında havanın dəyişkən buludlu olacağı, əsasən yağmursuz keçəcəyi, lakin gecə bəzi yerlərdə qısamüddətli az yağış yağacağı gözlənilir. Səhər duman olacaq, güclü şimal-qərb küləyi əsəcək. Milli Hidrometeorologiya Xidmətindən BakuCity.az-a verilən məlumata görə, havanın temperaturu  Abşeron yarımadasında gecə 17-19, gündüz  20-24, Bakıda  gecə 17-19, gündüz 22-24 dərəcə isti olacaq. Atmo...
Cəmiyyət
Azərbaycanda turizm mövsümünün yenidən açılacağı vaxt bilinib. “Biz ölkəyə kütləvi turist axını gözləmirik. İnsanların kənd turizmi və digər bu kimi seçimlər etməsini gözləyirik”. BakuCity.az xəbər verir ki, bunu Dövlət Turizm Agentliyinin (DTA) mətbuat katibi Kənan Quluzadə bildirib. K.Quluzadənin sözlərinə görə, ölkədə elan edilən xüsusi karantin rejimi bitdiyi günün sabahı Azərbaycanda yeni turizm mövsümü açıq elan ediləcək: “Amma dövlət insanlara xidmə...
Hadisələr
Taxta bazarında yanğın baş verib. Bakı şəhərinin Nərimanov rayonunda, taxta bazarının ərazisində ümumi sahəsi 280 m² olan dəmir konstruksiyalardan ibarət talvarın altına yığılan taxta materiallar 75 m² sahədə və ümumi sahəsi 5 m² olan taxtadan ibarət gözətçi köşkü yanıb. Fövqəladə Hallar Nazirliyinin (FHN) mətbuat midmətindən BakuCity.az-a verilən məlumata görə, taxta materialların qalan hissəsi yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələr...
Kriminal
Bakıda növbəti bıçaqlanma hadisəsi baş verib. BakuCity.az xəbər verir ki, hadisə ötən gecə Xocahəsən yolunda qeydə alınıb. 1973-cü il təvəllüdlü Şahverdiyev Eldəniz Əli oğlunun dostu ilə mübahisəsi onun bıçaq zərbəsi alması ilə nəticələnib. Yaralı təcili tibbi yardım briqadasının köməkliyi ilə xəstəxanaya çatdırılıb. Ona kürək nahiyəsinin kəsilmiş-deşilmiş yarası diaqnozu qoyulub. Faktla bağlı araşdırma aparılır. (report) BakuCity.az
Cəmiyyət
Şadlıq saraylarının fəaliyyətə başlaması mümkündürmü? “Sərbəstlik və yumşalma artıqca yoluxanların sayı artır və bu fonda toyların və şadlıq saraylarının fəaliyyətə başlaması problemli görünür”. BakuCity.az xəbər verir ki, bunu Nazirlər Kabinetinin Mətbuat Xidmətinin rəhbəri İbrahim Məmmədov Nazirlər Kabineti yanında Operativ Qərargahın dünən keçirilən brifinqində deyib. “Hər şey yoluxmanın sayından və sosial məsuliyyətdən asılıdır. Bəlkə də yoluxmalar ar...
Cəmiyyət
Bakıda çəkilən bu görüntülər müzakirələrə səbəb olub. Koronavirus pandemiyası ilə əlaqədar insanlar sosial məsafəni qorumalı olsalar da, əksəriyyət buna əməl etmir. BakuCity.az xəbər verir ki, bunu təsdiq edən görüntülərdən biri “Tarqovı”da lentə alınıb. Paytaxtın mərkəzi küçəsində insanların kütləvi şəkildə bir yerə yığılması sosial şəbəkələrdə müzakirələrə səbəb olub.  İnsanlar arasında sosial məsafəyə nəzarət etməli olan polis əməkdaşlarının gözə dəyməm...
Cəmiyyət
Bakıdan rayonlara gediş-gəliş bərpa olunmayıb. “Yumşalma artıqda, yoluxma artır. Ona görə də Operativ Qərargah rayonlara gediş-gəlişin bərpasını bu mərhələdə saxlamağı qərara alıb". BakuCity.az xəbər verir ki, bunu dünən Nazirlər Kabineti yanında Operativ Qərargahın təşkil etdiyi brifinqdə Nazirlər Kabineti mətbuat xidmətinin rəhbəri İbrahim Məmmədov bildirib. BakuCity.az
Ekologiya
Ekologiya və Təbii Sərvətlər Nazirliyi xəbərdarlıq yayıb. Milli Hidrometeorologiya Xidmətindən BakuCity.az-a verilən məlumata görə, mayın 30-u gündüzdən 31-i axşamadək Bakıda və Abşeron yarımadasında şimal-qərb küləyi 15-20 m/s, arabir 23-25 m/s, mayın 30-da yarımadanın bəzi yerlərində arabir 28-33 m/s-dək güclənəcək. BakuCity.az
İdman
Azərbaycanda açıq havada keçirilən idman yarışlarına icazə verilib. Azərbaycanda iyunun 1-dən etibarən açıq havada idman yarışlarının təşkilinə icazə verilib.  Bu barədə BakuCity.az-a Nazirlər Kabineti yanında Operativ Qərargahdan bildirilib. Qərara əsasən, yarışlarda tamaşaçılar iştirak etməyəcək.  BakuCity.az