Azərbaycanda beynəlxalq poçt göndərişlərinin qəbulu dayandırıldı

Azərbaycanda beynəlxalq poçt göndərişlərinin qəbulu dayandırıldı

Müvəqqəti olaraq dayandırılır

Ümumdünya Səhiyyə Təşkilatı tərəfindən qlobal pandemiya hesab olunan koronavirus (COVİD-19) infeksiyasının yayılmasının qarşısının alınması tədbirləri çərçivəsində bir sıra ölkələr arasında hava nəqliyyatı əlaqələri məhdudlaşdırılıb və mövcud reyslər təxirə salınıb.

Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyindən BakuCity.az-a verilən məlumata görə, bununla bağlı beynəlxalq poçt göndərişlərinin ünvanı üzrə çatdırılması mümkün deyil.

Bunlar nəzərə alınaraq “Azərpoçt” MMC-nin tabeliyində olan poçt şöbələrində və “Şəbəkə” xidmət mərkəzlərində beynəlxalq poçt göndərişlərinin qəbulu 16 mart tarixindən müvəqqəti olaraq dayandırılır. 

Qeyd edək ki, beynəlxalq poçt göndərişlərinin “Azərpoçt” MMC tərəfindən qəbulu və göndərilməsi yalnız avianəqliyyat vasitəsilə həyata keçirilir.

BakuCity.az

"Azərpoçt" poçt göndərişləri
Əgər səhv görmüsünüzsə, mətndə səhvi seçin və Ctrl+Enter sıxaraq redaksiyaya göndərin

Şərhlər