Bakıda daha bir gimnastika yarışı təxirə düşdü

Bakıda daha bir gimnastika yarışı təxirə düşdü

İdman gimnastikası üzrə Dünya Kuboku da təxirə salınmışdı

Bakıda 24-26 aprel tarixlərində keçirilməsi planlaşdırılan bədii gimnastika üzrə Dünya Kubokunun vaxtı dəyişdirilib.

Bu barədə BakuCity.az Beynəlxalq Gimnastika Federasiyasının rəsmi saytına istinadən məlumat verir.

Yarış qeyri-müəyyən vaxta qədər təxirə salınıb.

Xatırladaq ki, bundan əvvəl 17-19 aprelə nəzərdə tutulan bədii gimnastika üzrə Yana Batırşina mükafatları uğrunda 7-ci açıq turnir ləğv edilib. Mart ayında Bakıda keçirilən idman gimnastikası üzrə Dünya Kuboku isə koronavirusa görə yarımçıq dayandırılıb.

BakuCity.az

Bakı gimnastika yarışı
Əgər səhv görmüsünüzsə, mətndə səhvi seçin və Ctrl+Enter sıxaraq redaksiyaya göndərin
Şərhlər