3 yeni qurum yaradıldı, Bəylər Eyyubov Prezidentin Təhlükəsizlik Xidmətinin rəisi təyin edildi

3 yeni qurum yaradıldı, Bəylər Eyyubov Prezidentin Təhlükəsizlik Xidmətinin rəisi təyin edildi

3 yeni qurum yaradıldı

Prezident İlham Əliyev xüsusi dövlət mühafizəsi sahəsində idarəetmənin təkmilləşdirilməsi haqqında fərman imzalayıb.

BakuCity.az-ın məlumatına görə, fərmana əsasən, Xüsusi Dövlət Mühafizə Xidməti ləğv edilir, onun əsasında aşağıdakı dövlət orqanları yaradılır:

- Azərbaycan Respublikası Prezidentinin Təhlükəsizlik Xidməti;

- Azərbaycan Respublikasının Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Xidməti;

- Azərbaycan Respublikasının Strateji Obyektlərin Mühafizəsi Dövlət Agentliyi.

Azərbaycan Respublikası Prezidentinin Təhlükəsizlik Xidməti, Azərbaycan Respublikasının Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Xidməti və Azərbaycan Respublikasının Strateji Obyektlərin Mühafizəsi Dövlət Agentliyi müvafiq olaraq əsasnamələrinin, strukturlarının və ali zabit heyəti vəzifələrinin siyahılarının layihələrini, habelə hərbi qulluqçuları və işçilərinin say həddi barədə təkliflərini 2 ay müddətində Azərbaycan Respublikasının Prezidentinə təqdim edəcəklər.

Nazirlər Kabinetinə “Azərbaycan Respublikasının Milli Qvardiyasının statusu haqqında” qanun layihəsini 2 ay müddətində Azərbaycan Respublikasının Prezidentinə təqdim etmək; bu fərmandan irəli gələn digər məsələləri həll etmək tapşırılıb.

Dövlət başçısının sərəncamı ilə Bəylər Həsən oğlu Eyyubov Azərbaycan Respublikası Prezidentinin Təhlükəsizlik Xidmətinin rəisi təyin edilir.

BakuCity.az

İlham Əliyev Bəylər Eyyubov
Əgər səhv görmüsünüzsə, mətndə səhvi seçin və Ctrl+Enter sıxaraq redaksiyaya göndərin
Şərhlər