Baş nazirdən tapşırıq: Bu şəxslərin işə çıxması qadağan edildi

Baş nazirdən tapşırıq: Bu şəxslərin işə çıxması qadağan edildi

Xarici ölkələrə rəsmi səfərlər də dayandırıldı

Azərbaycanda mərkəzi və yerli icra hakimiyyəti orqanları və dövlət qurumlarında çalışan işçilərin və onların ailə üzvlərindən birinin qrip, soyuqdəymə, halsızlıq və digər bu kimi halları olduğu təqdirdə həmin işçilərin işə çıxması qadağan edilib.

BakuCity.az-ın məlumatına görə, bu barədə Baş nazir Əli Əsədovun mərkəzi və yerli icra hakimiyyəti orqanlarının və dövlət qurumlarının rəhbərlərinə göndərdiyi məktubda deyilir.

Məktubda dövlət qurumlarının rəhbərlərinə koronavirus (COVİD-19) infeksiyasına qarşı mübarizənin təşkilini təmin etmək və icrasına ciddi nəzarət edilməsi ilə bağlı tapşırıqlar da yer alıb.

Həmçinin qeyd olunub ki, mümkün olduğu halda, əməkdaşların məsafədən işləmələri məsələsinə baxılsın; 60 yaşdan yuxarı şəxslərin və öhdəsində azyaşlı uşağı olan qadınların iş davamiyyətinə güzəştli şərtlər tətbiq edilsin; xüsusi zərurət olduğu hallar istisna olmaqla, bütün ezamiyyətə dayandırılsın; əməkdaşların xarici ölkələrə rəsmi səfərləri dayandırılsın.

BakuCity.az

Dövlət qurumları işçilər qadağa
Əgər səhv görmüsünüzsə, mətndə səhvi seçin və Ctrl+Enter sıxaraq redaksiyaya göndərin

Şərhlər