Azərbaycanda ana qızdırmalı övladına antibiotik vurdu, uşaq öldü

Azərbaycanda ana qızdırmalı övladına antibiotik vurdu, uşaq öldü

Cinayət işi açıldı

Bərdə rayonunda 4 yaşlı uşaq evdə vəfat edib.

BakuCity.az-ın "Qafqazinfo”ya istinadən verdiyi məlumata görə, martın 16-da 2016-cı il təvəllüdlü Zeynallı Məhəmməd İqbal oğlu ölü vəziyyətdə Bərdə Ailə Sağlamlıq Mərkəzinə daxil olub.

Araşdırma zamanı məlum olub ki, 4 yaşlı Məhəmmədin evdə temperaturu qalxıb, anası Aysel Zeynalova ona yan əzələdən inyeksiya yolu ilə dərman vurub. Bundan sonra uşağın vəziyyəti ağırlaşıb və xəstəxanaya aparılarkən yolda ölüb.

Polis və prokurorluq əməkdaşları tərəfindən meyitə və hadisə yerinə baxış keçirilib, antibiotiklərin boş ampulaları, boş iynə qabları aşkar edilərək götürülüb.

Faktla bağlı Bərdə Rayon Prokurorluğunda ehtiyatsızlıqdan adam öldürmə maddəsi ilə cinayət işi başlanıb, istintaq davam etdirilir.

BakuCity.az

ana qızdırmalı uşaq antibiotik ölüm
Əgər səhv görmüsünüzsə, mətndə səhvi seçin və Ctrl+Enter sıxaraq redaksiyaya göndərin

Şərhlər