İtaliyadan qayıtmaq istəyənlərin NƏZƏRİNƏ: Birbaşa çarter reysi olacaq

İtaliyadan qayıtmaq istəyənlərin NƏZƏRİNƏ: Birbaşa çarter reysi olacaq

Təcili olaraq səfirliklə əlaqə saxlayın

İtaliyanın paytaxtı Romadan Bakıya birbaşa çarter reysi həyata keçiriləcək.

Bu barədə BakuCity.az Azərbaycanın İtaliyadakı səfirliyinin "Facebook" səhifəsinə istinadən məlumat verir.

Məlumatda qeyd olunur:

"İtaliyadakı epidemioloji vəziyyətlə əlaqədar olaraq, bu ölkədən Azərbaycana qayıtmaq istəyi ilə səfirliyə müraciət etmiş Azərbaycan Respublikası vətəndaşları üçün 17 mart 2020-ci il tarixində axşam saatlarında Roma şəhərindən Bakı şəhərinə birbaşa çarter reysi həyata keçiriləcək.

Səfirlik əməkdaşları aidiyyəti məsələ ilə bağlı müraciət etmiş vətəndaşlarımızın əksəriyyəti ilə fərdi qaydada əlaqə saxlayaraq onların Vətənə qaytarılması ilə əlaqədar müvafiq təşkilati məsələlər haqqında onları məlumatlandırıb.

Səfirliyə müraciət etmiş bəzi vətəndaşlarımızla telefon rabitəsinin qurulmasında çətinliklər olduğunu nəzərə alaraq, aidiyyəti məsələ ilə bağlı səfirlikdən zəng qəbul etməmiş vətəndaşlarımızdan təcili olaraq səfirliklə əlaqə saxlamaqları xahiş olunur.

Telefon nömrəsi: 06 85305557

Qaynar xətt: 349 8155582"

BakuCity.az

İtaliya çarter reysi koronavirus
Əgər səhv görmüsünüzsə, mətndə səhvi seçin və Ctrl+Enter sıxaraq redaksiyaya göndərin

Şərhlər