"İnsanlar var ki, bir gün işləməsə, evinə çörək apara bilməz"
“Koronavirus dünya üçün böyük bir bəla olduğundan Azərbaycan bundan kənarda qalmayıb. Ancaq mən ölkəni ölü dövlətə çevirməyin tərəfdarı deyiləm”.
BakuCity.az xəbər verir ki, bunu millət vəkili Vahid Əhmədov Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin iclasında deyib.
Onun fikrincə, insanlar var ki, bir gün işləməsə, evinə çörək apara bilməz:
“Bir günlük, beş günlük müqavilələrlə işləyənlər var. İş yerlərinin hamısını bağlasaq, bu insanlar necə dolanacaqlar?!"
V.Əhmədov həmkarı Fazil Mustafanın Bakıya giriş-çıxışın bağlanması təklifinə də münasibət göstərib:
"Bu yolverilməzdir. Təbii ki insanları qorumaq lazımdır. Lakin bölgələrdən Bakıya çoxlu məhsullar daxil olur. Onlayn sistemlə bu məsələni həll etmək mümkün deyil".
BakuCity.az