Külək arabir güclənəcək
Sabah Bakıda havanın gün ərzində arabir yağıntılı olacağı gözlənilir.
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən BakuCity.az-a bildirilib ki, şimal-qərb küləyi arabir güclənəcəcək.
Havanın temperaturu gecə 4-6, gündüz 7-9 dərəcə isti olacaq.
Atmosfer təzyiqi normadan yüksək 772 mm civə sütunundan 765 mm civə sütununa enəcək, nisbi rütubət 70-80 faiz olacaq.
Tibbi-meteoroloji proqnoza görə, martın 18-də Abşeron yarımadasında arabir güclənən xəzri küləyinin əsəcəyi gözlənilir ki, bu da meteohəssas insanlar üçün nisbətən əlverişlidir.
BakuCity.az