Brilliant Rafael Dadaşovun yasında özündən çıxdı: "Elə bil bu ailənin böyüyü yoxdur" - VİDEO

Brilliant Rafael Dadaşovun yasında özündən çıxdı:  "Elə bil bu ailənin böyüyü yoxdur" - VİDEO

"Hövsələm daralır"

Yaxınları Xalq artisti Rafael Dadaşovla vidalaşmaq üçün onun evinə toplaşıb.

BakuCity.az Axşam.az-a istinadən məlumat verir ki, mərhum aktyorun yaxınları media nümayəndələrinin çəkiliş etməsinə maneçilik törədiblər. Bu isə Xalq artisti Brilliant Dadaşovanı özündən çıxarıb.

Müğənni ailə üzvlərinə irad bildirərək, jurnalistlərin çəkiliş etməsinə haqq qazandırıb: 

"Elə bil bu evin sahibi, ailənin böyüyü yoxdur, fındıq ailəsidir. Kim nə istəyir, onu danışır. Kimin ağzı var, danışır. Hövsələm daralır. Hərə öz işini görür".

B.Dadaşova əmisi oğlu ilə vida mərasiminin keçirilməməsindən də söz açıb:

"Onunla xalq, sevənləri vidalaşmaq istəyirdi. Amma bu vida mərasimini keçirə bilmədik. Müəyyən səbəblərdən evdən götürməyə məcbur olduq".

BakuCity.az

Brilliant Dadaşova Rafael Dadaşov
Əgər səhv görmüsünüzsə, mətndə səhvi seçin və Ctrl+Enter sıxaraq redaksiyaya göndərin
Şərhlər