Bakıda "tələsən" BMW ayırıcı zolağa çırpıldı - VİDEO

Bakıda "tələsən" BMW ayırıcı zolağa çırpıldı - VİDEO

“Lexus” markalı avtomobillə toqquşub

Bakıda dəhşətli qəzanın görüntüləri kameraya düşüb.

BakuCity.az Avtosfer.az-a istinadən xəbər verir ki, qəza paytaxtın Azadlıq prospektində ("Vorovski dairəsi" kimi tanınan ərazidə) baş verib.

1.3 qoşa xəttin tələbini pozaraq əks istiqamətə çıxan “BMW” markalı avtomobilin sürücüsü yolayrıcına yaşıl işıqda daxil olan “Mercedes” markalı avtomobillə toqquşub. “BMW” markalı avtomobil yüksək sürətlə hərəkət etdiyi üçün zərbənin təsirindən öncə ayırıcı zolağa dəyib, sonra svetoforun qarşısında dayanan “Lexus” markalı avtomobillə toqquşub.

Qəza baş verən zaman yolun hərəkət hissəsini keçən piyadalar da olub. Xoşbəxtlikdən avtomobil həmin piyadaları vurmayıb.

BakuCity.az

Bakı yol qəzası BMW
Əgər səhv görmüsünüzsə, mətndə səhvi seçin və Ctrl+Enter sıxaraq redaksiyaya göndərin

Şərhlər