Avro-2020 də təxirə salındı

Avro-2020 də təxirə salındı

Gələn yaya qaldı

Bu yay Avropanın 12 ölkəsində keçirilməsi planlaşdırılan 2020-ci il futbol üzrə qitə çempionatı təxirə salınıb.

BakuCity.az “Report”a istinadən xəbər verir ki, bu barədə "New York Times" nəşrinin müxbiri Tariq Panca məlumat yayıb.

İddiaya görə, bu barədə qərar UEFA-nın Avropa Klublar Assosiasiyası (ECA) və Beynəlxalq Peşəkar Futbolçular Federasiyası (FİFPro) ilə görüşündə elan olunub.

Rəsmi qərarın UEFA-nın quruma üzv olan 55 milli assosiasiya rəsmiləri ilə bugünkü videokonfransında elan olunacağı bildirilib. Saat 18:00-da isə UEFA İcraiyyə Komitəsinin iclası keçiriləcək.

Qərara əsasən, turnir gələn ilin yayında təşkil olunacaq.

BakuCity.az

Avropa çempionatı futbol
Əgər səhv görmüsünüzsə, mətndə səhvi seçin və Ctrl+Enter sıxaraq redaksiyaya göndərin
Şərhlər