Kənd təsərrüfatı məhsullarının satış yarmarkaları martın 19-dək davam edəcək

Yarmarkalar səyyar avtolaboratoriyalarla təmin olunub

Novruz bayramı ilə əlaqədar Bakı və Xırdalanda kənd təsərrüfatı məhsullarının satış yarmarkaları təşkil olunub.

“Aqrar Tədarük və Təchizat” ASC-dən BakuCity.az-a verilən məlumata görə, martın 19-dək keçiriləcək yarmarkalar Bakının Yasamal (Hüseyn Cavid pr. ilə Seyfəddin Dağlı küçəsinin kəsişməsi), Binəqədi (Süleyman Sani Axundov 5B), Nərimanov (Gənclik metrosunun yanı), Suraxanı (Qaraçuxur qəsəbəsi, Əhməd Mehbalıyev ilə Etibar Bəkirli küçələrinin kəsişməsi) rayonlarında və Xırdalan şəhərində (Heydər Əliyev prospekti 41A) təşkil edilib.

Yarmarkalara 200-ə yaxın fermer tərəfindən satışa müxtəlif kənd təsərrüfatı məhsulları çıxarılıb. Qiymətlərin tənzimlənməsinə, satılan məhsulların keyfiyyətinə, istehlak üçün yararlı və təhlükəsiz olmasına nəzarət Qida Təhlükəsizliyi Agentliyi əməkdaşları tərəfindən aparılır. Yarmarkalar səyyar avtolaboratoriyalarla təmin olunub.

Qeyd edək ki, koronavirus infeksiyasının qarşısının alınması məqsədi ilə yarmarkalarda təxirəsalınmaz tədbirlər həyata keçirilib, tibbi-profilaktik vəziyyətə nəzarət gücləndirilib. Hər gün bir neçə dəfə fermerlərin temperaturu ölçülür, koronavirus təhlükəsinə qarşı mütəmadi olaraq profilaktik tədbirlər görülür.

Mütəmadi olaraq yarmarkalarda dezinfeksiya işləri aparılır, fermerlər zəruri olan tibbi ləvazimatlarla (tibbi maska, əlcək, spirt və s.) təmin olunurlar. Yarmarkaların keçirildiyi məkanlarla yanaşı, ASC-nin bütün regional idarələri və anbarlarında, “Kənddən Şəhərə” satış mərkəzlərində də mütəmadi olaraq dezinfeksiya işləri həyata keçirilir.

BakuCity.az

Kənd təsərrüfatı məhsulları satış yarmarkaları
Əgər səhv görmüsünüzsə, mətndə səhvi seçin və Ctrl+Enter sıxaraq redaksiyaya göndərin

Şərhlər

Cəmiyyət
Bolqarıstan millisinin futbolçusu Martin Raynov "Neftçi"nin maraq dairəsinə düşüb. BakuCity.az  xəbər verir ki, 28 yaşlı yarımmüdafiəçi "ağ-qaralar"dan təklif alıb. Amma tərəflər ortaq məxrəcə gələ bilmədiyindən, danışıqlar dayandırılıb. Ölkə xaricində oynamaq istəyən təcrübəli oyunçunun yenidən son klubu Sofiya "Levski"sinə qayıtma ehtimalı da var. Qeyd edək ki, karyerası ərzində yalnız Bolqarıstan klublarının formasını geyinmiş Martin Raynov yığmada 7 oy...
Cəmiyyət
Azərbaycanda koronavirusun daha çox təsir etdiyi sahələr açıqlanıb. Koronavirus təkcə can almaqla bitmir. Pandemiya bütün dünya ölkələrində olduğu kimi Azərbaycan iqtisadiyyatına da ziyan vurub. BakuCity.az xəbər verir ki, on minlərlə insan işini itirib. Koronavirusun təsir etdiyi sahələri isə saymaqla bitməz. Bunlardan biri də turizm sektorudur.  Bəlkə də dildə asan səslənsə də, amma bu sahədə nə qədər insanın çalışdığını nəzərə alsaq, məsələnin daha cidd...
Cəmiyyət
Bu gün səhər saatlarında dünyasını dəyişən Azərbaycan Ağsaqqallar Şurasının sədri, deputat Fəttah Heydərov 1-ci Fəxri xiyabanda dəfn olunub. BakuCity.az xəbər verir ki, dəfndə mərhumun ailə üzvləri, eləcə də Təhlükəsizlik Şurasının katibi Ramil Usubov, Müdafiə və Sənaye naziri Mədət Quliyev və Bakı Şəhər İcra Hakimiyyətinin başçısı Eldar Əzizov iştirak edib. Qeyd edək ki, 82 yaşında vəfat edən F.Heydərov Fövqəladə Hallar naziri, general-polkovnik Kəmaləddi...
Cəmiyyət
Avqustun 31-dək qüvvədə olan məhdudiyyətlər. 2020-ci il 31 avqust saat 00:00-dək ölkə üzrə tətbiq olunan xüsusi karantin rejimi çərçivəsində qüvvədə olan məhdudiyyətlər açıqlanıb BakuCity.az xəbər verir ki, Nazirlər Kabineti yanında Operativ Qərargahın qərarına əsasən, aşağıdakı məhdudiyyətlər qüvvədədir. • ölkə ərazisinə yerüstü və hava nəqliyyatı yolu ilə giriş-çıxışın dayandırılması; (xüsusi və çarter reysləri istisna olmaqla) • xüsusi təyinatlı, o cüml...
Cəmiyyət
Bu gün səhər saatlarında vəfat edən Azərbaycan Ağsaqqallar Şurasının sədri, deputat Fəttah Heydərovun harada dəfn olunacağı məlum olub. BakuCity.az xəbər verir ki, F.Heydərov bu gün 1-ci Fəxri xiyabanda dəfn olunacaq. Artıq xiyaban əməkdaşları məzarın hazırlanmasına başlayıblar. Həmçinin oxu: Fəttah Heydərov vəfat etdi Qeyd edək ki, 82 yaşlı F.Heydərov Fövqəladə Hallar naziri, general-polkovnik Kəmaləddin Heydərovun atasıdır. (qafqazinfo) BakuCity.az
Kriminal
Sürücü yol polisinə müqavimət göstərdiyi üçün həbs edilib.  BakuCity.az xəbər verir ki, Saatlıda anadan olmuş Abbasov Elmir İsrail oğlu idarə etdiyi 99-BL-611 dövlət nömrə nişanlı, “Mercedes” markalı avtomobil ilə “Koroğlu” metrostansiyasının yaxınlığında əks istiqamətdə hərəkət edib.  Bu zaman o, yol polisləri tərəfindən saxlanılıb. Araşdırma zamanı məlum olub ki, sürücü karantin qaydalarını da pozub. Ona inzibati protokol tərtib olunan zaman yol polisi i...
Cəmiyyət
Fəttah Heydərov dünyasını dəyişib. Azərbaycan Ağsaqqallar Şurasının sədri, deputat, Parlamentin Hesablayıcı komissiyasının sədri Fəttah Heydərov dünyasını dəyişib. BakuCity.az xəbər verir ki, o, bu gün səhərə yaxın vəfat edib. Qeyd edək ki, F.Heydərov Fövqəladə Hallar naziri, general-polkovnik Kəmaləddin Heydərovun atasıdır. (BakuPost) BakuCity.az
Cəmiyyət
Nəsimi rayonu, Abbas Səhhət küçəsinin  sakinləri evlərinin qanunsuz sökülməsinə etiraz ediblər.  BakuCity.az xəbər verir ki, sakinlər bildirirlər ki, adını bilmədikləri tikinti şirkəti onların evlərini sökməyə və onları evindən məcburi şəkildə çıxarmağa çalışır. Sakinlərin dediklərinə görə, onları evindən çıxmağa məcbur edənləri məhkəməyə veriblər. Nəticə olaraq Ali Məhkəmə qərar verib ki, sakinlərə kompensasiya ödənilməlidir. Sakinlər bildirirlər ki, tiki...
Cəmiyyət
"Ölkə üzrə sanitar-epidemioloji vəziyyət nəzarət altındadır". BakuCity.az xəbər verir ki, bunu Prezidentin köməkçisi Hikmət Hacıyev deyib.  H. Hacıyev bildirib ki, əldə olunan nəticələr iyunun 21-dən etibarən tətbiq edilən karantin rejiminin və vətəndaşların buna əməl etməsinin nəticəsidir: "Dünya təcrübəsi göstərir ki, yumşalmaya getdikdə alovlanma artır. Ölkəmizdə olan müsbət dinamikanın saxlanılması üçün qaydalara əməl etmək zəruridir. Sosial-iqtisadi y...