Ankaradan 157 Azərbaycan vətəndaşı Bakıya çatdırıldı - FOTO

Ankaradan 157 Azərbaycan vətəndaşı Bakıya çatdırıldı - FOTO

Səfirliklər və ya konsulluqlara müraciət edin

"Azərbaycan Hava Yolları" QSC (AZAL) hökumətin tapşırığı ilə Türkiyə ərazisindən Azərbaycan vətəndaşlarının gətirilməsi üçün bu gün Bakı-Ankara-Bakı istiqaməti üzrə çarter reysi yerinə yetirib.

AZAL-dan BakuCity.az-a verilən məlumata görə, reyslə 157 nəfər vətənə qaytarılıb. 

Bu, Türkiyədən yerinə yetirilən 3-cü çarter reysidir – daha əvvəl 15 və 16 mart tarixlərində İstanbuldan Bakıya 711 ölkə vətəndaşı gətirilib.

Azərbaycanın milli aviadaşıyıcısı həmyerlilərimizin vətənə qaytarılması üçün çarter reyslərini yerinə yetirməyə davam edəcək. Vətənə qayıtmaq istəyən Azərbaycan vətəndaşları hal-hazırda olduqları yer üzrə səfirliklər və ya konsulluqlara müraciət etməlidirlər.

Ankaradan 157 Azərbaycan vətəndaşı Bakıya çatdırıldı - FOTO, fotoşəkil-1 Ankaradan 157 Azərbaycan vətəndaşı Bakıya çatdırıldı - FOTO, fotoşəkil-2 Ankaradan 157 Azərbaycan vətəndaşı Bakıya çatdırıldı - FOTO, fotoşəkil-3 Ankaradan 157 Azərbaycan vətəndaşı Bakıya çatdırıldı - FOTO, fotoşəkil-4 Ankaradan 157 Azərbaycan vətəndaşı Bakıya çatdırıldı - FOTO, fotoşəkil-5 Ankaradan 157 Azərbaycan vətəndaşı Bakıya çatdırıldı - FOTO, fotoşəkil-6 Ankaradan 157 Azərbaycan vətəndaşı Bakıya çatdırıldı - FOTO, fotoşəkil-7

BakuCity.az

Ankara Azərbaycan vətəndaşları Bakı
Əgər səhv görmüsünüzsə, mətndə səhvi seçin və Ctrl+Enter sıxaraq redaksiyaya göndərin

Şərhlər