Baş infeksionist: Azərbaycanda indiyədək koronavirusa yerli yoluxma halı qeydə alınmayıb

Baş infeksionist: Azərbaycanda indiyədək koronavirusa yerli yoluxma halı qeydə alınmayıb

Yoluxma hallarının hamısı gətirilmə olub

Azərbaycanda indiyədək koronavirusa yerli yoluxma halı qeydə alınmayıb.

BakuCity.az-ın məlumatına görə, bunu Səhiyyə Nazirliyinin baş infeksionisti Cəlal İsayev Trend-ə deyib.

Onun sözlərinə görə, ölkə daxilində bir şəxsdən digər şəxsə koronavirusa yoluxma halı müşahidə edilməyib.

C.İsayev əlavə edib ki, Azərbaycanda indiyədək qeydə alınan yoluxma hallarının hamısı gətirilmə hal olub:

"Azərbaycanda koronavirusa yoluxma halları, əsasən, İrandan gələnlər arasında qeydə alınıb. Koronavirusa yoluxanların hamısının karantin rejimində saxlanılması təmin edilib".

Qeyd edək ki, hazırda xüsusi rejimli xəstəxanalarda həkim nəzarəti altında olan bütün aktiv koronavirus xəstələrinin müalicəsi ilə bağlı müvafiq tədbirlər davam etdirilir.

BakuCity.az

koronavirus yoluxma
Əgər səhv görmüsünüzsə, mətndə səhvi seçin və Ctrl+Enter sıxaraq redaksiyaya göndərin

Şərhlər