İtaliyadan təxliyə edilən tələbələr bu gün Bakıya çatacaq - FOTO

İtaliyadan təxliyə edilən tələbələr bu gün Bakıya çatacaq - FOTO

Bu gecə 391 vətəndaş gətirilib

İtaliyada oxuyan azərbaycanlı tələbələr Vətənə təxliyə edilirlər.

BakuCity.az Trend-ə istinadən xəbər verir ki, onların təxliyəsi üçün çarter reyslər təşkil edilib.

Təxliyə edilən tələbələr bu gün Bakıya çatacaq. Onlar təhlükəsizlik məqsədilə xüsusi paltarlarla təmin ediliblər.

İtaliyanın müxtəlif şəhərlərində təhsil alan tələbələrimizin hava limanlarına gətirilməsi Azərbaycan hökuməti tərəfindən təşkil olunub.

Ən son məlumatlara görə, İtaliyada 26 minə yaxın insan koronavirusa yoluxub, 2500-dən artıq insan isə bu xəstəlikdən dünyasını dəyişib.

Qeyd edək ki, Azərbaycanın milli aviadaşıyıcısı (AZAL) martın 18-nə keçən gecə Azərbaycan vətəndaşlarının qaytarılması üçün daha iki çarter reysi yerinə yetirib.

BakuCity.az-a verilən məlumata görə, AZAL İstanbul-Bakı reysi ilə 230 nəfər, Roma-Bakı reysi ilə 161 nəfər sərnişini vətənə gətirilib.

Xatırladaq ki, daha əvvəl Türkiyədən dörd çarter reysi ilə 868 nəfər Azərbaycan vətəndaşı gətirilib.

İtaliyadan təxliyə edilən tələbələr bu gün Bakıya çatacaq - FOTO, fotoşəkil-1 İtaliyadan təxliyə edilən tələbələr bu gün Bakıya çatacaq - FOTO, fotoşəkil-2 İtaliyadan təxliyə edilən tələbələr bu gün Bakıya çatacaq - FOTO, fotoşəkil-3 İtaliyadan təxliyə edilən tələbələr bu gün Bakıya çatacaq - FOTO, fotoşəkil-4

BakuCity.az

İtaliya təxliyə tələbələr
Əgər səhv görmüsünüzsə, mətndə səhvi seçin və Ctrl+Enter sıxaraq redaksiyaya göndərin
Şərhlər