Azərbaycanda İcra Hakimiyyətinə hücum: "Acından ölürük, bizə çörək verin" - VİDEO

Azərbaycanda İcra Hakimiyyətinə hücum: "Acından ölürük, bizə çörək verin" - VİDEO

Qadın masaya hücum edərək stulları zala atıb

Azərbaycanda bir neçə nəfər İcra Hakimiyyətinə hücum edib.

BakuCity.az Oxu24.com-a istinadən xəbər verir ki, hadisə Ucarda baş verib.

Hadisənin sosial şəbəkələrdə videosu yayılıb. Videoda sakinlər "acından ölürük, bizə çörək verin" ifadəsini səsləndirib.

Həmçinin oxu: İcra başçısı etirazçıların qarşısına çıxdı: "İki ay yarımdır gəlmişəm, inqilab edirsiniz" - VİDEO

Daha sonra bir qadın icra başçısının çıxış etdiyi masaya hücum edərək stulları zala atıb. Hadisə yerində polis əməkdaşları da olub.

Hadisədən sonra Ucarın icra başşısı Mənsur Məmmədov çıxışını yarımçıq qoyaraq zalı tərk edib.

Xatırladaq ki, Ucarda bir müddət öncə də sakinlər narazılıq edəərk yolu bağlanamışdı.

BakuCity.az

Ucar İcra Hakimiyyəti etiraz
Əgər səhv görmüsünüzsə, mətndə səhvi seçin və Ctrl+Enter sıxaraq redaksiyaya göndərin
Şərhlər