“Mall”larda son vəziyyət: uşaq oyun zalları səssiz, masalar arasında məsafə - VİDEO

“Mall”larda son vəziyyət: uşaq oyun zalları səssiz, masalar arasında məsafə - VİDEO

Əks təqdirdə cavabdeh şəxslər barəsində ciddi tədbirlər görüləcək

Azərbaycanda iri alış-veriş, əyləncə və istirahət mərkəzlərinin fəaliyyətinin məhdudlaşdırılması ilə bağlı göstəriş verilib.

BakuCity.az Xəzər TV-yə istinadən xəbər verir ki, insanları "mall"ara getməyə təşviq edən endirim və digər aksiyalar qadağan olunub.

Belə mərkəzlərin fəaliyyətinin məhdudlaşdırılması ilə bağlı qaydalara əsasən bütün ticarət mərkəzlərində girişlərə hərarət ölçmə cihazları qoyulmalı, xidməti personal xüsusi geyimlə təmin olunmalı, havalandırma sistemləri mütəmadi olaraq işləməli, dezinfeksiya dispenserləri quraşdırılmalı, iş saatlarında dezinfeksiya tədbirləri mütəmadi həyata keçirilməlidir.

Bununla yanaşı, uşaq əyləncə zonalarının fəaliyyəti dayandırılmalı, mütəmadi gigiyena qaydaları ilə bağlı səsli anonslar verilməli, maarifləndirici videoçarxlar nümayiş etdirilməli, evlərə ərzaqların çatdırılması xidmətləri işə salınmalıdır.

Həmçinin "mall"larda xəstə əməkdaşların əmək fəaliyyəti müvəqqəti məhdudlaşdırılıb. "Mall"ların içərisində yerləşən marketlərdə satıcılar maska və əlcəklərdən istifadə edirlər.

Alış-veriş mərkəzlərinin uşaq oyun zalları da səssizdir. Restoranlarda əvvəllər bir-birinə sıx düzülən masaların arasında indi bir metrdən çox məsafə var. Aşpazların və restoran işçilərinin də geyimləri qaydalara uyğundur.

Bu tələblərə əməl edilmədiyi təqdirdə cavabdeh şəxslər barəsində ciddi tədbirlər görüləcək.

BakuCity.az

ticarət mərkəzləri alış-veriş koronavirus
Əgər səhv görmüsünüzsə, mətndə səhvi seçin və Ctrl+Enter sıxaraq redaksiyaya göndərin
Şərhlər