Azərbaycanda koronavirusa yoluxan daha 4 nəfər sağaldı

Azərbaycanda koronavirusa yoluxan daha 4 nəfər sağaldı

23 nəfər aktiv koronavirus xəstəsi var

Azərbaycanda koronavirus infeksiyasına yoluxduğu müəyyən edilmiş 4 nəfər xüsusi rejimli xəstəxanalarda müalicə olunaraq sağalıb və evə buraxılıb.

Nazirlər Kabineti yanında Operativ qərargahdan BakuCity.az-a verilən məlumata görə, hazırda Azərbaycanda 23 nəfər aktiv koronavirus xəstəsi xüsusi rejimli xəstəxanalarda həkim nəzarəti altındadır, onların müalicəsi ilə bağlı müvafiq tədbirlər davam etdirilir:

Həmçinin oxu: Baş infeksionist: Azərbaycanda indiyədək koronavirusa yerli yoluxma halı qeydə alınmayıb

"Koronavirus infeksiyasının qlobal pandemiya elan olunduğunu və virusun geniş yayılma sürətini nəzərə alaraq, vətəndaşlarımızı Ümumdünya Səhiyyə Təşkilatı və Nazirlər Kabineti yanında Operativ Qərargahın tələb və tövsiyələrinə riayət etməyə çağırırıq".

BakuCity.az

koronavirus yoluxma
Əgər səhv görmüsünüzsə, mətndə səhvi seçin və Ctrl+Enter sıxaraq redaksiyaya göndərin

Şərhlər