Maskanı xəstələr taxsın, idman edin, yaxşı yatın - Tanınmış həkimdən MƏSLƏHƏTLƏR

Koronavirus nədir və necə davranmalı?

Koronaviruslar (latınca – Coronaviridae) genomu birzəncirli RNT-dən ibarət viruslar ailəsi olub 40 növə malikdir. Koronavirus "zoonotic" (heyvandan keçən) virus olub məməlilərdə və quşlarda xəstəlik törədir və insanlara da heyvanlardan keçdiyi məlumdur.

BakuCity.az xəbər verir ki, bunu tibb elmləri doktoru, onkoloq alim Adil Qeybulla deyib.

O qeyd edib ki, insan koronavirusu ilk dəfə 1965-ci ildə kəskin respirator virus infeksiyası xəstələrinin nəfəs yollarında aşkar edilib. Aşkar edildiyi dövrdən koronavirusların 3 təhlükəli ştamı müəyyən edilib:

Həmçinin oxu: Bayram vaxtı qonaqlığa getməyin, səfərləri təxirə salın - Mütəxəssisdən TÖVSİYƏ

"1. SARS-CoV (ağır kəskin respirator sindromu törədən koronavirus) – Bu ştamla ilk infeksiya ocağı 2002-ci ilin noyabrında Çinin Huandun vilayətində peyda olub. Epidemiya 2 ay ərzində cənuba doğru yeriyərək Honq Konq və Vyetnamı da əhatə edib. Virus ağciyər alveollarını zədələməklə atipik pnevmoniya (bənövşəyi ölüm – "purple death" adlanır) törətməsi və sağalanlarda uzunmüddətli patoloji izlər buraxması ilə xarakterizə edilir. Son xəstələnmə halı 2003-cü ilin iyulunda qeydə alınıb. 2004-cü ildə bu ştamla xəstələnmə halı qeydə alınmayıb. 8437 xəstələnmə halı, onlardan 813 nəfərində letal nəticə qeydə alınıb.

2. MERS-CoV (Yaxın Şərq respirator sindromu törədən koronavirus) – Zoonoz virusdur (yarasalardan transmissiyası müəyyən edilib və dəvələrdə də tapılıb). İlk infeksiya ocağı 2012-ci ildə Səudiyyə Ərəbistanında qeydə alınıb. 2013-cü ilin iyununa qədər davam edib. 50 xəstədən yarısı dünyasını dəyişib.

2015-ci ilin yayında yenidən infeksiya alovlanıb və 23 ölkədə (Yaxın Şərq və Avropa ölkələri) yayılıb, həmin ilin iyununda 1154 xəstədən 431-nin ölümü ilə nəticələnib.

2019-cu ilin sonundan 2020-ci ilin əvvələri dünyada MERS-CoV ~ 2500 (2494-2506) nəfərdə xəstələnmə qeydə alınıb ki, onlardan da ~ 900 (862-912) nəfəri ölüb. Hər il bu ştamla onlarla xəstələnmə sayı qeydə alınır. Xəstəliyin əlamətləri kəskin respirator virus infeksiyaları üçün xarakterikdir: xəstəlik qızdırma, öskürək, təngnəfəsliklə başlayır, getdikcə ağır virus pnevmoniyası inkişaf edir. Bəzi hallarda xəstəlik böyrək çatmazlığı ilə müşayiət edilir.

3. SARS-CoV-2 2019-cu ilin dekabrında aşkar edilib və indiyədək davam edən yeni tip pnevmoniya pandemiyası törədən növdür. Bu növ böyüklərdə daha çox ölüm halı törədir, uşaqlarda ölüm halı isə qripdə olduğu kimdir. Çin mütəxəssislərinin apardığı tədqiqatlar göstərir ki, koronavirusa yoluxmuş uşaqlarda COVID-19 zəif simptomlarla özünü göstərib. Həm də yoluxmuş uşaqlardan müvafiq simptomlar olmadığından koronavirusu gizli yayanlar rolunda olublar. Çində müayinə olunan 15 yaşa qədər olan 745 uşaqdan yalnız 10-da (1.3%) koronavirus aşkar edilib, heç birində ağır simptomlar qeydə alınmayıb. 7 nəfər uşaqda sadəcə hərarət 39°C-yə qədər yüksəlib, bir sıra hallarda boğazda ağrılar, öskürək, burun tutulması qeydə alınsa da, uşaqlarda böyüklərdə rast gəlinən əzələ və baş ağrıları, rentgenoqrafiyada pnevmoniya təsadüf edilməyib. Bununla yanaşı, həmin uşaqlar uzun müddət digər uşaqları da yoluxdurmağa qadir olublar. Onların burun və boğaz yaxmalarında koronavirus tapılmasa da, xəstəxanadan yazılandan 13 gün sonra belə, nəcisdə virus tapılması davam edib.

COVID-19 ştamının pandemiya törədəcək xassəyə malik olması onun rekombinasiya (reassortiment) etməsinə, yəni onun gen mübadiləsinə girərək yeni xassə əldə etməsinə bağlıdır. Yeni xassə ondan ibarətdir ki, koronaviruslar digər viruslar kimi hüceyrə membranına istənilən yerdən deyil, transmembran reseptorları aldadaraq, hüceyrənin həyat fəaliyyəti üçün vacib proteinləri imitasiya edərək daxil olur, hüceyrəni aldadır. Ona görə də immun sistem onu tanımır, onunla mübarizə aparmır. Yüksək kontagiozluq və inkubasiya dövrünün uzun olması yayılmanın əsas səbəblərindəndir.

Lakin virusun hazırkı ştamı xarici mühitdə davamsızdır. Virusun kapsidində S-zülallardan ibarət tacın olması onun açıq sahədə yaşam şansını aşağı endirir. Çünki sərbəst oksigen və digər oksidləşdiricilər S-zülalları denaturasiya edərək virusu zədələyir. Dehidratasiya (susuzlaşma) da virusu güclü zədələyən amillərdən biridir. Xarici mühitdə virus +33°С dərəcədə 16 saat müddətində, +56°С isə 10 dəqiqədə fəallığını itirir. Virus metal səthdə 12 saat, parçada 6-12 saat, aerozolda 8-10 saat, suda 9 saat qala bilir.

Laboratoriya şəraitində koronaviruslar liofilizasiya olunmuş (yumşaq qurudub vakuum kameraya salmaq) halda (+4°С), dondurulmuş vəziyyətdə (−70°С) infeksion fəallığını bir neçə il saxlaya bilir.

Göstərilən xəritəyə diqqət etsəniz, istər 2002-ci ilin noyabrında aşkar edilən SARS-CoV, istərsə də 2020-ci ilin dekabrında baş verən COVID-19 infeksiya ocağı təxminən Çinin şərqində baş verib. Birinci 2003-cü ilin iyununda son xəstələnmə halı qeydə alınıb. 2020-ci il pandemiyasının bu ilin yayında sönməsi gözləniləndir. Pandemiyadan, həmçinin xəstələnmə və ölüm sayının dünya üzrə indikindən xeyli artacağı proqnozlaşdırılır.

Bu gün dünya üzrə 174.786 xəstə qeydə alınıb, onlardan 77.657 nəfər sağalıb, 6.705 nəfər dünyasını dəyişib, yəni 50% sağalıb, 4%-ə qədər ölüm halı qeydə alınıb. Sevindirici hal odur ki, virus uşaqları xüsusi təhdid etmir. Ona görə də panikaya düşməyin, sadəcə rejimə və Ümumdünya Səhiyyə Təşkilatının tövsiyələrinə riayət edin".

Həkim əhaliyə tövsiyələri də açıqlayıb:

"Karantin qaydalarına ciddi əməl etməklə tövsiyə edilir:

1. Əllərin, ağız və burun boşluqlarının gigiyenasına xüsusi diqqət edin. Əlləri tez-tez, isti su altında, sabunla yaxşı yuyun (xüsusilə qida qəbulundan öncə və sonra). Bu, virusun dərinin yağ qatı ilə birgə dəridən mexaniki yolla silinib getməsinə gətirib çıxarır. Bu üsul ən əlçatan effektiv üsuldur. Dezinfeksiyaedici məhlullardan yalnız 80%-dən yuxarı etanol (etil spirti) əsaslı olan məhlullardan istifadə edin. Əllərin spirt tərkibli antiseptiklərlə işlənməsi 30 saniyədən (80-85%-li etil spirti əsaslı gellər, məhlullar) 2 dəqiqəyə qədər (70%-li etil spirti, 1%-li xlorheksidin məhlulu) virusu zədələyir və sıradan çıxarır. ÜST məhz onların tətbiqini tövsiyə edir.

2. Bogazı isti su ilə tez-tez qarqara edin (1%-li xlorheksidin məhlulu və ya limon qatılsa effektli olar). Boğazı qıcıqlanan şəxslər bunu daha çox etsinlər.

3. Xəstə adamlar asqıranda və öskürəndə əmələ gələn hava-damcı aerozolu 1 metr radiusdan böyük məsafəyə yayılmaq imkanına malik deyildir. Maskalar nəfəs buxarından tez islandığından və bu səbəbdən virusu içəri drenaj edə biləcəyindən az effektli sayılır. Əksinə, maskalar xəstə adamlara lazımdır ki, onların ağız-burun aerozolunun havaya atılmasını əngəlləsin. Yalnız maska-respirator 95 və FFP (Filtering Face Piece) tipli maskalardan FFR-3 daha effektivdir. Nəzərə alın ki, virus gözün selik qişasından da insana keçə bilər. Xüsusi eynəklər olmasa, hətta effektiv maskalar da tam təminatlı deyil. Maskaları yuyub ütüləmək, təkrar istifadə etmək olmaz.

4. Passivləşməyin, fiziki fəallığı artırın, idmanla məşğul olun. Bu yolla sərbəst radikallar bədəndən xaric olur, immun sistemi güclənir, ağciyərlərin ekskursiyası və ventilyasiyası artır, durğunluq azalır, bəlğəmlə bronxdaxili hissəciklər, o cümlədən virus və bakteriyalar xaric olur.

5. Karantin şərtlərinin imkan verdiyi qədər açıq havada gəzin, evin havasını dəyişin.

6. Kalorili qidalanın. Proteinli qidalar (təzə ət) və meyvə-tərəvəz (axar su altında yaxşı yumaq şərtilə) istifadə edin.

7. Yaxşı yatın, stresdən uzaq durun, vitamin D balansını doldurun, əks-göstərişi olmayanlar (bəzi anemiyalı xəstələr) vitamin C 500 mg-a qədər 7 gün müddətində gündəlik qəbul edə bilərlər.

8. Xəstəxanalarda boş kabinetləri kvars lampalı ultrabənövşəyi şüalarla dezinfeksiya etmək tövsiyə edilir".

BakuCity.az

koronavirus yoluxma
Əgər səhv görmüsünüzsə, mətndə səhvi seçin və Ctrl+Enter sıxaraq redaksiyaya göndərin

Şərhlər

Cəmiyyət
Tanınmış müğənni Nura Suri özünə yeni iş tapıb. BakuCity.az xəbər verir ki, müğəni tikinti şirkətlərindən birinin reklam və ictimaiyyətlə əlaqələr şöbəsinin müdiri vəzifəsinə təyin olunub. Qeyd edək ki, Nura Suri bir müddət əvvəl özünə yeni iş axtardığını demişdi. "Balamı böyütməliyəm, işləməliyəm, pul qazanmalıyam. Bu, hələlik bizim sahədə mümkün deyil", - deyə məşhur müğənni bildirmişdi. (azxeber.com) BakuCity.az
Mədəniyyət
“Mənəviyat Carçısı” adlı sənədli filmin çəkilişləri uğurla davam etdirilir. Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının 2020-ci il üçün elan etdiyi I qrant müsabiqəsi çərçivəsində qalib olan “Milli Dəyərlərin Qorunması” İctimai Birliyinin layihəsinə əsasən Şuranın maliyyə dəstəyi ilə “VətənTV” Media Şirkətində istehsal olunacaq “Mənəviyyat  Carçısı” adlı sənədli filmin çəkilişləri davam edir. BakuCity...
Biznes
AQTA ictimai iaşə obyektlərinin əməl etməli olduqları qaydalarla bağlı növbəti dəfə açıqlama yayıb. Azərbaycan Qida Təhlükəsizliyi Agentliyi (AQTA) insanların sıx toplaşmasının xəstəliyin yayılma intensivliyinə birbaşa təsirini nəzərə alaraq, ictimai iaşə müəssisələrində bir sıra qaydalara əməl etməli olduqları qaydalarla bağlı növbəti dəfə açıqlama yayıb. BakuCity.az AQTA-ya istinadən qaydaları təqdim edir: • Hər bir şəxs ictimai iaşə müəssisələrinə daxil...
Cəmiyyət
Azərbaycanda koronavirusla bağlı son statistika açıqlanıb. Azərbaycanda koronavirus (COVID-19) infeksiyasına 84 yeni yoluxma faktı qeydə alınıb, 214 nəfər müalicə olunaraq sağalıb və evə buraxılıb. Nazirlər Kabineti yanında Operativ Qərargahdan BakuCity.az-a verilən məlumata görə, COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış 3 nəfər vəfat edib. İndiyədək ölkədə ümumilikdə 33 731 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, o...
Cəmiyyət
Bakıdan BƏƏ-yə gedənlərə xəbərdarlıq edilib. Azərbaycandan Birləşmiş Ərəb Əmirliklərinə (BƏƏ) uçuşlar hazırda “Fly Dubai” şirkəti vasitəsilə həyata keçirilir. Pandemiya ilə əlaqədar olaraq Bakıdan Dubaya gedən sərnişinlərdən iki forma doldurulması tələb olunur. Bunlardan biri sağlamlıq haqqında olur, Dubaya getmək istəyən şəxsin COVID-19 virusuna yoluxub-yoluxmaması, bu virusu daşıyanlarla ünsiyyətdə olub-olmaması ilə bağlı məlumatları əks etdirir. Digəri...
Cəmiyyət
Dünyada sürətlə yayılan COVID-19 pandemiyası ilə bağlı alimlərin araşdırmaları davam edir. Ümumi mənada xəstəliyin ilkin olaraq özünü qrip və soyuqdəymə kimi büruzə verdiyi müşahidə olunur. Bununla belə, bir çox insan bu virusa yoluxmanın necə baş veriyini bilmir. BakuCity.az koronavirusa yoluxan insanların günbəgün hansı simptomlarla üzləşdiyini təqdim edir: 1-3-cü gün Soyuqdəymə və qrip kimi özünü göstərir. Yüngül qızdırma və boğaz ağrısı müşahidə olunur...
Ekologiya
Bakıda 12 avqustda gözlənilən hava şəraiti açıqlanıb. Milli Hidrometeorologiya Xidmətindən BakuCity.az-a verilən məlumata görə, Bakıda və Abşeron yarımadasında havanın dəyişkən buludlu olacağı, yağmursuz keçəcəyi gözlənilir. Mülayim şimal-qərb küləyi əsəcək. Havanın temperaturu  Abşeron yarımadasında gecə 20-24, gündüz  28-32,  Bakıda gecə 22-24, gündüz 29-31 dərəcə isti olacaq. Atmosfer  təzyiqi normadan aşağı 757 mm civə sütunu, nisbi rütubət gecə 65-70,...
Cəmiyyət
Azərbaycanda tanınmış aparıcıya vəzifə verilib. Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Sosial Xidmətlər Agentliyinin İctimaiyyətlə əlaqələr şöbəsinin müdiri vəzifəsinə Murad Həşimov təyin olunub. BakuCity.az xəbər verir ki, bu barədə Agentliyin İdarə Heyətinin sədri Vüqar Behbudov əmr imzalayıb. M.Həşimov daha əvvəl “Mədəniyyət” kanalında “Xəbərlər”, “İnterAz” televiziyasında “Səhər xəbərləri” proqramlarının, “Araz” FM radiosunda “Səhər” b...
Cəmiyyət
Paytaxtda nəzarət-profilaktiki reydlər keçirilir. Koronavirus (COVID-19) infeksiyasının kütləvi yayılmasının qarşısının alınması məqsədilə paytaxtda polis və DQ-nin hərbi qulluqçuları fəaliyyətinə icazə verilən obyektlərdə, ictimai nəqliyyatda və əhalinin sıx olduğu yerlərdə nəzarət-profilaktiki reydlər keçirilir. BakuCity.az xəbər verir ki, Bakı şəhər Baş Polis İdarəsinin (BŞBPİ) Mətbuat Xidmətindən verilən məlumata görə, polis və DQ-nin naryad q...