Bakı-Sumqayıt və Bakı-Pirşağı qatarları bayram günlərində də işləyəcək

Bakı-Sumqayıt və Bakı-Pirşağı qatarları bayram günlərində də işləyəcək

Digər sərnişin qatarlarının hərəkəti isə dayandırılır

Nazirlər Kabineti yanında operativ qərargahın yaydığı məlumata əsasən, martın 19-da saat 00.00-dan etibarən Sumqayıt və Abşeron istisna olmaqla, ölkənin bütün şəhər və rayonlarından qatar vasitəsi ilə Bakı, Sumqayıt şəhərləri və Abşeron rayonuna sərinişin daşınması dayandırılır.

"Azərbaycan Dəmir Yolları" QSC-dən BakuCity.az-a verilən məlumata görə, martın 18-də Bakıdan yola düşən ölkədaxili bütün qatarlar gündəlik qrafikə uyğun hərəkət edəcək. Martın 18-i və 19-u bölgələrdən çıxan qatarlar isə geriyə sərnişinsiz qayıdacaq.

Həmçinin oxu: DYP: Bakı maşınları rayonlara gedib qayıda biləcək

Martın 19-dan martın 29-dək Bakı-Sumqayıt-Bakı və Bakı-Pirşağı-Bakı elektrik qatarları istisna olmaqla, ölkədaxili sərnişin qatarlarının hərəkəti dayandırılır. Martın 18-dən 29-dək olan tarixlərdə qatarlara alınan biletlər üçün ödənilən məbləğ tam şəkildə vətəndaşlara geri qaytarılır. Bilet satışı qaydalarına uyğun olaraq, sərnişinlər qatarın yola düşəcəyi vaxtdan əvvəl bileti qaytarıb, ödədikləri məbləği geri ala bilərlər.

BakuCity.az

Bakı Sumqayıt Pirşağı elektrik qatarları
Əgər səhv görmüsünüzsə, mətndə səhvi seçin və Ctrl+Enter sıxaraq redaksiyaya göndərin

Şərhlər