AMEA-dan koronavirusla bağlı açıqlama: "Bolluca istirahət edin"

Koronavirus və ondan qorunma yollarına dair müzakirələr aparılıb

Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Biofizika İnstitutunda koronavirus (COVID-19) və ondan qorunma yolları barədə müzakirələr aparılıb, bir sıra vacib məlumatların ictimaiyyətə çatdırılması vacib hesab edilib.

AMEA-dan BakuCity.az-a verilən məlumata görə, koronaviruslar ümumi soyuqdəymə kimi tənəffüs yollarının xəstəliklərinə səbəb olan virusların böyük bir ailəsidir. Bu viruslar dünya miqyasında heyvanlar arasında yayılıb. Nadir hallarda koronaviruslar inkişaf edərək heyvanlardan insanlara yayıla bilir. Bu nadir hadisələrdən biri Çinin Uhan şəhərində COVID-19-un insanları yoluxdurmasıdır. COVID-19 SARS və MERS kimi RNT tərkibli koronaviruslardandır.

Qeyd olunur ki, COVID-19-un daha böyük ərazilərə yayılması ilə onun simptomlarının qriplə müqayisəsi aparılıb. Onların hər ikisi tənəffüs yollarının xəstəliyinə səbəb olur, lakin bu iki virus və onların necə yayılması arasında mühüm fərqlər var. COVİD-19 qrip virusuna nisbətən təqribən 3 dəfə artıq sürətlə yayılır ki, bu da xəstələrin sayını kəskin artırır. Bəzi ölkələr çoxlu sayda xəstəni müayinə etmək iqtidarında deyillər.

Azərbaycanda isə COVİD-19-a yoluxanların sayı çox azdır və dövlətin gördüyü radikal qabaqlayıcı tədbirlər bu xəstəliyin nisbətən tez aradan qaldırılacağını deməyə əsas verir. Bununla yanaşı, fərdlərin dezinfeksiya işlərinə ciddi yanaşmasının böyük əhəmiyyəti vardır.

Əksər koronavirusların simptomları burun axması, öskürək, boğaz ağrısı və bəzən yüksək temperatur kimi yuxarı tənəffüs yollarının xəstəliklərinə bənzəyir. Koronavirus yoluxması aşağı tənəffüs yollarına (nəfəs borusu və ağciyərlərə) yayılarsa, bu, xüsusilə yaşlı insanlarda, ürək xəstəliyi olan insanlarda və ya immun sistemi zəifləmiş insanlarda sətəlcəmə (pnevmoniya) səbəb ola bilər.

Koronavirusa qarşı necə davranmalı?

Koronavirusa qarşı xüsusi müalicə vasitəsi və ya vaksin (peyvənd) yoxdur, yoluxmuş əksər insanlar bu xəstəlikdən özləri sağalır. Koronavirus simptomları olan şəxslər vaxt itirmədən həkimə müraciət etməlidir. Bununla yanaşı, koronavirus yoluxmasının qarşısını almağa kömək etmək üçün ümumi soyuqdan qorunmaq üçün edilən qabaqlayıcı tədbirlərə riayət olunması vacibdir:

- Əlləri sabun və ilıq su ilə yumalı və ya alkoqol tərkibli əl təmizləyicisi ilə yaxşıca silməli;

- Əlləri və barmaqları gözlərdən, burun və ağızdan uzaq saxlamalı;

- Yoluxmuş insanlarla yaxın təmasda olmaqdan çəkinməli;

- İctimai nəqliyyatdan və digər qələbəlik olan yerlərdən az istifadə etməli;

- İmkan daxilində alış-verişi onlayn etməli və ya ödəmələri elektron yolla, plastik kartlar vasitəsilə həyata keçirməli (Nağd pul sellüloza lifləri ilə zəngin materialdan olduğundan onlar sellüloza lifləri arasında potensial virus daşıyıcısıdır. Azərbaycanda banklar nağd pulları dezinfeksiya etsələr də, xəstə insanlarla təmas nəticəsində koronavirus bu yolla da yayıla bilər. Ona görə də küçə ticarətindən yayınmaq məsləhətdir).

Xüsusilə qeyd olunub ki, bir çox hallarda COVID-19-a yoluxmuş insanlarda xəstəlik simptomları olmur və onlar daşıyıcı rolunu oynayırlar. Ona görə də hər bir insanın dezinfeksiya qaydalarına riayət etməsi olduqca vacibdir.  

Koronavirus yoluxması zamanı və simptomları yüngülləşdirmək üçün soyuqdəyməyə qarşı edilən müalicəni etmək lazımdır:

- Bolluca istirahət etməli;

- Çox maye qəbul etməli, dehidrasiyadan yayınmalı;

- Boğaz ağrısı və hərarətə qarşı dərman qəbul etməli; (Lakin uşaqlara və 19 yaşdan kiçik gənclərə aspirin əks-göstəriş olduğundan, həkim məsləhəti olmadan ibuprofendən istifadə edilməməlidir. Həkimlə məsləhətləşdikdən sonra asetaminofen tərkibli həblərdən istifadə edilməlidir).

- Nəmləndirici və ya parlı duş da iltihablı boğaz ağrılarını sakitləşdirməyə kömək edə bilər.

Bildirilir ki, imkan daxilində ətrafda olan vasitələrindən, alətlərdən və s. istifadə edərkən müxtəlif sterilləşmə metodlarından müntəzəm istifadə edilməlidir. Sterilləşmə metodlarına aşağıdaklar daxil edilə bilər:

- Kiçik məsaməli (nano ölçüdə) filtrlərdən süzməklə maye dərman preparatlarını sterilləşdirmək olar;

- Termal sterilləşmə metodlarından (qızdırmaq, qaynatmaq, təzyiq altında sterilləşmə və s.) istifadə etməklə metal, saxsı, şüşə və ya digər sudan qorxmayan materialları sterilləşdirmək olar.

Bəzi materialları ultrabənövşəyi (UV) işıqla şüalandırmadan istifadə etməklə sterilləşdirmək olar. Bir qayda olaraq, UV ətrafda işıq şüalarına məruz qalan bütün zülal və nuklein turşusu molekullarını (virusun quruluş blokları) denaturasiya edir. Məsələn, Çində COVID-19 yoluxmasından sonra potensial virus daşıyıcısı olan pul əsginaslarının sterilləşdirilməsində ultrabənövşəyi işıqdan və ya yuxarı temperaturlu termik emaldan istifadə edilib və onlar yenidən dövriyyəyə buraxmazdan öncə qapalı şəraitdə iki həftəyə qədər müddətdə saxlanılıb. Lakin UV ilə sterilizasiyanın çatışmayan cəhəti odur ki, o, yalnız nazik bir təbəqəni (səthi) sterilləşdirə bilir.

Sterilləşmənin potensial səmərəli variantı böyük həcm və kütlədə olan materiallar üçün Gamma aparatından istifadə etməklə Qamma şüalandırmadır. Bu sterilləşmə metodu müxtəlif mənşəli metal, parça və kağız mənşəli bütün materialları sterilləşdirə bilir. Bu zaman materialın mexaniki keyfiyyətində olan azalma 5 faizdən az təşkil edir. Yoxlanılmış əksər viruslar üçün Qamma şüalarının təsir etmə intensivliyi 0.5 Mrad-dan 2 Mrad qədər olur. Məsələn, SARS-koronovirus kimi dözümlü viruslarda bu 1 Mrad-dan başlayır. 2 Mrad kifayət edir ki, qısa zaman ərzində təsiretmə ilə bütün koronaviruslar (həmçinin əksər DNT və RNT tərkibli viruslar) geriyə dönməyən şəkildə denaturasiya olunsun.

Qamma şüaları Cobalt-60 (60 Co) və ya Sezium-137-in (137 Cs) öz-özünə dağılması ilə meydana gəlir. Bu üsul yüksək nüfuz etmə qabiliyyətinə malik olan və tez-tez istifadə olunan sterilləşdirmə metodudur. O, qaz, maye, bərk halda olan materialların, homogen və heterogen sistemlərin, birdəfəlik tibbi avadanlıqların, məsələn, şprislərin, iynələrin, kannulaların, sıxlıq materialların, kosmetikanın və s. sterilləşməsində istifadə edilir. Bu şüalar bir çox materiallarda asanlıqla tətbiq oluna bilir, lakin polivinil xlorid (PVC), asetal və politetrafluoroetilen (PTFE) ilə uyğunluq təşkil etmir.

BakuCity.az

AMEA koronavirus istirahət
Əgər səhv görmüsünüzsə, mətndə səhvi seçin və Ctrl+Enter sıxaraq redaksiyaya göndərin

Şərhlər

Şərhlər ünsiyyət, müzakirə və maraqlı sualların aydınlaşdırılması üçün nəzərdə tutulub

Cəmiyyət
Kredit də götürə bilərsiniz "Koronavirus (COVID-19) infeksiyasının yayılmasının qarşısını almaq məqsədilə görülən tədbirlər çərçivəsində borca görə heç kimin suyu kəsilə bilməz”. BakuCity.az xəbər verir ki, bu barədə "Azərsu" ASC-nin mətbuat xidmətinin rəhbəri Anar Cəbrayıllı bildirib. O xatırladıb ki, Nazirlər Kabineti yanında Operativ Qərargahın tapşırıqlarına uyğun olaraq koronavirus pandemiyasının qarşısının almaq üçün "Azərsu" ASC zəruri tədbirlər gör...
Cəmiyyət
Koronavirusa qarşı öldürücü silah? Rusiya alimləri bakteriya, göbələk və viruslara qarşı effektiv mübarizə aparmaq üsulu tapıblar. BakuCity.az xəbər verir ki, bu barədə Azərbaycan Milli Elmlər Akademiyası (AMEA) məlumat yayıb.  Bildirilib ki, mütəxəssislər soyuq plazma ilə emal edilən suyun hətta koronavirusa qarşı öldürücü silah ola biləcəyini müəyyənləşdiriblər. İnfeksiyanın yayılması fonunda hava ilə yanaşı, virusun yerləşə biləcəyi səthlərin də dezinfe...
Cəmiyyət
Şəxsiyyət vəsiqəsinin olmamasına görə cərimə nəzərdə tutulmur Vətəndaşlar qaydalara riayət etmədən icazəsiz evdən çölə çıxarlarsa və hüquq-mühafizə orqanlarının əməkdaşları tərəfindən saxlanılarsa, həmin şəxslərə qarşı İnzibati Xətalar Məcəlləsinin 211-ci maddəsinə əsasən, karantin qaydalarını pozduğu üçün inzibati tənbeh tədbiri tətbiq edilə bilər. BakuCity.az Trend-ə istinadən məlumat verir ki, bunu Vəkillər Kollegiyasının üzvü Anar Qasımlı deyib. Onun s...
Cəmiyyət
Karantindən çıxan Azərbaycan vətəndaşları yaşayış yerlərinə necə qayıdacaq? Azərbaycana Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin sədr müavini Ceyhun Salmanov hazırda karantində saxlanılan Azərbaycan vətəndaşlarının karantindən çıxdıqdan sonra SMS göndərməklə öz yaşayış ərazilərinə qayıda bilib-bilməyəcəklərinə aydınlıq gətirib. BakuCity.az-ın məlumatına görə, sədr müavini Nazirlər Kabinetinin q...
Cəmiyyət
4 apreldə gözlənilən hava şəraiti Milli Hidrometeorologiya Xidmətindən BakuCity.az-a verilən məlumata görə, aprelin 4-də Bakıda və Abşeron yarımadasında havanın dəyişkən buludlu olacağı, arabir tutulacağı, gün ərzində bəzi yerlərdə yağış yağacağı, duman olacağı gözlənilir.  Mülayim şimal küləyi əsəcək. Havanın temperaturu  Abşeron yarımadasında gecə 6-9, gündüz  11-14, Bakıda gecə 6-8, gündüz 11-13 dərəcə isti olacaq. Atmosfer  təzyiqi 766 mm civə sütunund...
Cəmiyyət
Fəaliyyətinə icazə verilən şəxslərin avtomobillə sərnişin daşıması qadağan olunacaq Ölkə ərazisində elan edilən xüsusi karantin rejiminin gücləndirilməsi ilə bağlı aprelin 5-dən fəaliyyətinə icazə verilən şəxslərin şəxsi avtomobili ilə sərnişin daşıması qadağan olunacaq. BakuCity.az xəbər verir ki, bunu Trend-ə açıqlamasında Baş Dövlət Yol Polisi İdarəsinin İctimaiyyətlə əlaqələr şöbəsinin müdiri, polis polkovniki Kamran Əliyev deyib. Onun sözlərinə görə,...
Cəmiyyət
Dövlətimizin başçısı Moskva prospekti ilə 20 Yanvar küçəsinin kəsişməsindəki piyada keçidinin açılışında da iştirak edib Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev aprelin 3-də Bakı-Sumqayıt yolunun genişləndirilməsi çərçivəsində görülən işlərlə tanış olub. BakuCity.az xəbər verir ki, dövlətimizin başçısı Moskva prospekti ilə 20 Yanvar küçəsinin kəsişməsində tikilən yerüstü piyada keçidinin açılışında da iştirak edib. BakuCity.az
Cəmiyyət
Cavablar 10-15 dəqiqə gecikə bilər Evdən çıxmaq icazəsi üçün qısa müddət ərzində SMS xidmətinə kütləvi müraciətlərin olacağı gözlənilir. BakuCity.az-ın məlumatına görə, bunu Azərbaycan Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyi sədrinin müavini Ceyhun Salmanov karantin rejimində evdən çıxma qaydalarını açıqlayarkən deyib. O, vətəndaşlardan təmkinli olmağı xahiş edib: “Cavablar 10-15 dəqiqə gecikə bilər. Ümumiyyətlə...
Cəmiyyət
32 nəfər sağalıb Azərbaycanda 43 yeni koronavirus (COVID-19) infeksiyasına yoluxma faktı qeydə alınıb. Bu barədə BakuCity.az-a Nazirlər Kabineti yanında Operativ Qərargahdan məlumat verilib. Xüsusi rejimli xəstəxanalara yerləşdirilmiş həmin şəxslərdən 7 nəfərin vəziyyəti ağır, 12 nəfərdə orta ağır qiymətləndirilir, digərlərinin səhhəti stabildir. Eyni zamanda, koronavirus infeksiyasına yoluxmuş 6 nəfər xüsusi rejimli xəstəxanalarda müalicə olunaraq sağalıb...