Bakıda metrosu da bağlana bilər? - RƏSMİ AÇIQLAMA

Bakıda metrosu da bağlana bilər? - RƏSMİ AÇIQLAMA

"Müntəzəm müzakirə və fikir mübadiləsi aparılır"

Ölkədə koronavirus təhlükəsi ilə əlaqədar ciddi məhdudlaşdırıcı tədbirlər həyata keçirilsə də, vətəndaşların ən çox istifadə etdiyi metroda sərnişinlərin sıxlığı müşahidə olunur. Mümkün risklərdən qorunmaq məqsədilə məhdudlaşdırıcı tədbirlər çərçivəsində Bakı Metropoliteninin fəaliyyətinin dayandırılması ehtimalı da var.

BakuCity.az xəbər verir ki, "Bakı Metropoliteni” QSC-nin mətbuat xidmətinin rəhbəri Bəxtiyar Məmmədov "Yenicag.az"a açıqlamasında metropolitenin fəaliyyətinin dayandırılmasının hələ ki müzakirə olunmadığını deyib:

"Metropolitendə dezinfeksiya və gündəlik profilaktik tədbirlər ciddi nəzarət altında həyata keçirilir. Tədris prosesində fasilə elan olunduğu üçün hazırda sərnişin sıxlığı müşahidə olunmur".

O əlavə edib ki, "Bakı Metropoliteni” QSC ilə Nazirlər Kabineti yanında yaradılan Operativ Qərargah arasında müntəzəm və sıx şəkildə əlaqə qurmaqla, müvafiq məsləhətləşmə, müzakirə və fikir mübadiləsi aparılır, bütün lazımi məlumatlar təqdim olunur:

"Qərargahın və aidiyyətli səlahiyyətli strukturların tapşırıq və tövsiyələrinə ciddi şəkildə əməl olunur”.

BakuCity.az

Bakı metro koronavirus
Əgər səhv görmüsünüzsə, mətndə səhvi seçin və Ctrl+Enter sıxaraq redaksiyaya göndərin
Şərhlər