BDU tələbəsinin ölümündə cavabdeh kimdir? - Ekspertizanın rəyi məlum oldu

“Dimedrol” zəhərlənmənin klinik əlamətlərinin inkişafını sürətləndirib

Hadisədən dörd ay sonra Bakı Dövlət Universitetinin (BDU) tələbəsi, 1999-cu il təvəllüdlü Şəkər Xasmətovanın ölümünün səbəbi məlum olub.

BakuCity.az xəbər verir ki, martın 18-də tələbənin atası Faiq Xasmətov Bakı şəhər prokurorluğuna dəvət olunub, orada məhkəmə tibbi ekspertizanın hesabatı ilə tanış edilib: “...Ş.Xasmətova divardakı çatdan daxil olan dəm qazından zəhərlənmə nəticəsində ölüb”.

F.Xasmətov Oxu.az-a açıqlamasında qızının, həmçinin zəhərlənmiş, lakin sağ qalan digər tələbələrin cinayətkar səhlənkarlığın qurbanı olduğunu vurğulayıb.

Ekspert rəyi BDU-nun Mətbuat prospektində yerləşən yataqxanasında 20-21 noyabr tarixlərində baş verən hadisəyə nəinki aydınlıq gətirdi, eyni zamanda, bir sıra dövlət qurumlarının fəaliyyətində ciddi nöqsanların olduğunu aşkarladı.

Xatırladaq ki, noyabrın 21-də universitetin Yasamal rayonu, Mətbuat prospektində yerləşən yataqxanasında tələbələr Şəkər Xasmətova (1999-cu il təvəllüdlü), Dilrubə Quliyeva və Həmidə İbadova (1998-ci il təvəllüdlü) zəhərlənib. Həkimlər Ş.Xasmətovanın yataqxanada öldüyünü müəyyən ediblər, digər iki qız isə ağır vəziyyətdə 1 saylı Kliniki Tibbi Mərkəzə gətirilib, bir neçə gündən sonra evə buraxılıblar.

Hüquq-mühafizə orqanları əvvəlcə tələbənin qida zəhərlənməsi nəticəsində öldüyünü ehtimal etdi. Lakin cəsədin patoloqoanatomlar tərəfindən müayinəsindən sonra faktla bağlı yaradılan əməliyyat-istintaq qrupu qızların naməlum toksik maddə ilə zəhərləndiyi qənaətinə gəlib.

Dekabrın 4-də Azərbaycan Qida Təhlükəsizliyi Agentliyinin sədri Qoşqar Təhməzli bu barədə jurnalistlərə açıqlama verib.

Bununla əlaqədar olaraq, Cinayət Məcəlləsinin 314.2-ci (ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümü və ya digər ağır nəticələrə səbəb olduqda) maddəsi ilə cinayət işi başlanıb.

İndi isə zəhərlənmənin dəqiq səbəbi məlum olub – dəm qazı.

“Hamı bilir ki, 20 noyabr axşamı tələbələr özlərini pis hiss edib və təcili yardım həkimlərini çağırıblar. Gələn həkimlər qızlara “dimedrol” iynəsi vurublar (bu sonradan qanda müəyyən edilmişdi) və onlara xəstəxanaya getməyi sadəcə təklif ediblər. Tələbələr inyeksiyadan sonra vəziyyətlərinin yaxşılaşacağını düşünərək, xəstəxanaya getməkdən imtina ediblər. Həkimlər isə onları xəstəxanaya aparmaq üçün israr etməyiblər, halbuki zəhərlənmənin səbəbini bilmirdilər. Növbəti səhər saat 11:00-da yenidən təcili yardım çağırılıb. Amma bu vaxt qızım artıq ölmüşdü”, - deyə F.Xasmətova bildirib.

Ekspertizanın rəyinə görə, “dimedrol” zəhərlənmənin klinik əlamətlərinin inkişafını sürətləndirib, bunun nəticəsində Ş.Xasmətova ölüb.

Məlum olub ki, Ş.Xasmətovanın yatağı qazın sızdığı çatın yaxınlığında imiş.

“Ancaq düşünürəm ki, təkcə 20 noyabrda çağırışa gələn həkimlər deyil, həmçinin yataqxana administrasiyası, BDU rəhbərliyi, Yasamal rayonunun Qaz İdarəsi, Azərbaycan Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğın Təhlükəsizliyi Xidmətinin ərazi üzrə bölməsi məsuliyyət daşımalıdır. Belə görünür ki, universitet rəhbərliyi heç vaxt bu yataqxanaya baş çəkməyib, əks halda, dəhşətə gələrdi. Tələbələrin yaşadığı yataqxananın şəraiti, yumşaq desək, dəhşətlidir. Burada kasıb ailələrdən olan tələbələr yaşayır. Şərait acınacaqlıdır, illərdir bu divarlar hətta yüngül təmir belə görməyib”, - deyə mərhumun atası qəzəblə bildirib.

Qeyd edək ki, binalarda qaz cihazlarının təhlükəsizliyi ayda bir dəfə müvafiq xidmətlər tərəfindən yoxlanılmalıdır.

Qızın ölümündə yataqxananın rəhbərliyinin də az təqsiri yoxdur. O, tələbələr üçün bütün təhlükəsizlik tədbirlərini görməli idi. Digər tələbələrin belə bir vəziyyətdə necə sağ qaldığı təəccüblüdür.

Qeyd edək ki, zərərçəkmiş tərəfin maraqlarını tanınmış vəkil Türkel Süleymanlı müdafiə edir.

BakuCity.az

BDU tələbə zəhərlənmə
Əgər səhv görmüsünüzsə, mətndə səhvi seçin və Ctrl+Enter sıxaraq redaksiyaya göndərin

Şərhlər

Cəmiyyət
Tanınmış müğənni Nura Suri özünə yeni iş tapıb. BakuCity.az xəbər verir ki, müğəni tikinti şirkətlərindən birinin reklam və ictimaiyyətlə əlaqələr şöbəsinin müdiri vəzifəsinə təyin olunub. Qeyd edək ki, Nura Suri bir müddət əvvəl özünə yeni iş axtardığını demişdi. "Balamı böyütməliyəm, işləməliyəm, pul qazanmalıyam. Bu, hələlik bizim sahədə mümkün deyil", - deyə məşhur müğənni bildirmişdi. (azxeber.com) BakuCity.az
Mədəniyyət
“Mənəviyat Carçısı” adlı sənədli filmin çəkilişləri uğurla davam etdirilir. Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının 2020-ci il üçün elan etdiyi I qrant müsabiqəsi çərçivəsində qalib olan “Milli Dəyərlərin Qorunması” İctimai Birliyinin layihəsinə əsasən Şuranın maliyyə dəstəyi ilə “VətənTV” Media Şirkətində istehsal olunacaq “Mənəviyyat  Carçısı” adlı sənədli filmin çəkilişləri davam edir. BakuCity...
Biznes
AQTA ictimai iaşə obyektlərinin əməl etməli olduqları qaydalarla bağlı növbəti dəfə açıqlama yayıb. Azərbaycan Qida Təhlükəsizliyi Agentliyi (AQTA) insanların sıx toplaşmasının xəstəliyin yayılma intensivliyinə birbaşa təsirini nəzərə alaraq, ictimai iaşə müəssisələrində bir sıra qaydalara əməl etməli olduqları qaydalarla bağlı növbəti dəfə açıqlama yayıb. BakuCity.az AQTA-ya istinadən qaydaları təqdim edir: • Hər bir şəxs ictimai iaşə müəssisələrinə daxil...
Cəmiyyət
Azərbaycanda koronavirusla bağlı son statistika açıqlanıb. Azərbaycanda koronavirus (COVID-19) infeksiyasına 84 yeni yoluxma faktı qeydə alınıb, 214 nəfər müalicə olunaraq sağalıb və evə buraxılıb. Nazirlər Kabineti yanında Operativ Qərargahdan BakuCity.az-a verilən məlumata görə, COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış 3 nəfər vəfat edib. İndiyədək ölkədə ümumilikdə 33 731 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, o...
Cəmiyyət
Bakıdan BƏƏ-yə gedənlərə xəbərdarlıq edilib. Azərbaycandan Birləşmiş Ərəb Əmirliklərinə (BƏƏ) uçuşlar hazırda “Fly Dubai” şirkəti vasitəsilə həyata keçirilir. Pandemiya ilə əlaqədar olaraq Bakıdan Dubaya gedən sərnişinlərdən iki forma doldurulması tələb olunur. Bunlardan biri sağlamlıq haqqında olur, Dubaya getmək istəyən şəxsin COVID-19 virusuna yoluxub-yoluxmaması, bu virusu daşıyanlarla ünsiyyətdə olub-olmaması ilə bağlı məlumatları əks etdirir. Digəri...
Cəmiyyət
Dünyada sürətlə yayılan COVID-19 pandemiyası ilə bağlı alimlərin araşdırmaları davam edir. Ümumi mənada xəstəliyin ilkin olaraq özünü qrip və soyuqdəymə kimi büruzə verdiyi müşahidə olunur. Bununla belə, bir çox insan bu virusa yoluxmanın necə baş veriyini bilmir. BakuCity.az koronavirusa yoluxan insanların günbəgün hansı simptomlarla üzləşdiyini təqdim edir: 1-3-cü gün Soyuqdəymə və qrip kimi özünü göstərir. Yüngül qızdırma və boğaz ağrısı müşahidə olunur...
Ekologiya
Bakıda 12 avqustda gözlənilən hava şəraiti açıqlanıb. Milli Hidrometeorologiya Xidmətindən BakuCity.az-a verilən məlumata görə, Bakıda və Abşeron yarımadasında havanın dəyişkən buludlu olacağı, yağmursuz keçəcəyi gözlənilir. Mülayim şimal-qərb küləyi əsəcək. Havanın temperaturu  Abşeron yarımadasında gecə 20-24, gündüz  28-32,  Bakıda gecə 22-24, gündüz 29-31 dərəcə isti olacaq. Atmosfer  təzyiqi normadan aşağı 757 mm civə sütunu, nisbi rütubət gecə 65-70,...
Cəmiyyət
Azərbaycanda tanınmış aparıcıya vəzifə verilib. Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Sosial Xidmətlər Agentliyinin İctimaiyyətlə əlaqələr şöbəsinin müdiri vəzifəsinə Murad Həşimov təyin olunub. BakuCity.az xəbər verir ki, bu barədə Agentliyin İdarə Heyətinin sədri Vüqar Behbudov əmr imzalayıb. M.Həşimov daha əvvəl “Mədəniyyət” kanalında “Xəbərlər”, “İnterAz” televiziyasında “Səhər xəbərləri” proqramlarının, “Araz” FM radiosunda “Səhər” b...
Cəmiyyət
Paytaxtda nəzarət-profilaktiki reydlər keçirilir. Koronavirus (COVID-19) infeksiyasının kütləvi yayılmasının qarşısının alınması məqsədilə paytaxtda polis və DQ-nin hərbi qulluqçuları fəaliyyətinə icazə verilən obyektlərdə, ictimai nəqliyyatda və əhalinin sıx olduğu yerlərdə nəzarət-profilaktiki reydlər keçirilir. BakuCity.az xəbər verir ki, Bakı şəhər Baş Polis İdarəsinin (BŞBPİ) Mətbuat Xidmətindən verilən məlumata görə, polis və DQ-nin naryad q...