İlham Əliyev: Azərbaycanda koronavirusun yayılması o qədər də geniş vüsət almayıb

İlham Əliyev: Azərbaycanda koronavirusun yayılması o qədər də geniş vüsət almayıb

"Əminəm ki, dövlətimiz və xalqımız bu sınaqdan da üzüağ çıxacaq"

Azərbaycanda koronavirusun yayılması o qədər də geniş vüsət almayıb.

BakuCity.az-ın məlumatına görə, bunu Prezident İlham Əliyev Novxanıda dəmiryol işçiləri ilə görüşündə deyib.

Dövlət başçısı qeyd edib ki, bütün dünya indi koronavirusdan əziyyət çəkir:

"Azərbaycan bu istiqamətdə önləyici tədbirlər görmüşdür. Məhz ona görə hazırda ölkəmizdə koronavirusun yayılması o qədər də geniş vüsət almayıb. Ancaq bu, elə bəladır ki, heç bir ölkə özünü tam sığortalanmış hesab edə bilməz. Hətta ən inkişaf etmiş ölkələrdə indi yaşanan böhran göz qabağındadır. Ona görə hər bir vətəndaş məsuliyyətli olmalıdır, öz şəxsi gigiyenasına fikir verməlidir. Eyni zamanda, ictimai işlərlə, ictimai nəqliyyatla məşğul olan qurumlar da bu işləri tam məsuliyyətlə görməlidirlər, tam dezinfeksiya aparılmalıdır ki, yoluxma hallarının sayı çox olmasın.

Əlbəttə ki, hazırda bizim sərhədlərimiz bağlıdır. Ancaq yükdaşımalar üçün heç bir ölkə öz sərhədini bağlamayıb. Ona görə də yükdaşımalar istiqamətində bizim işlər davam etdiriləcək. Əminəm ki, dövlətimiz və xalqımız bu sınaqdan da üzüağ çıxacaqdır".

BakuCity.az

İlham Əliyev koronavirus
Əgər səhv görmüsünüzsə, mətndə səhvi seçin və Ctrl+Enter sıxaraq redaksiyaya göndərin

Şərhlər