Müvafiq tibb müəssisələrinə verilib
Heydər Əliyev Fondu tərəfindən müxtəlif ölkələrdən tibbi ləvazimatlar gətirilib.
BakuCity.az-ın məlumatına görə, məqsəd koronavirus xəstəliyinin ölkə ərazisində geniş yayılmasının qarşısının alınması ilə əlaqədar Nazirlər Kabineti yanında yaradılan Operativ Qərargahın işinə dəstək olmaqdır.
Xüsusi tibbi maskalar, əlcəklər, qoruyucu eynəklər, tibbi geyimlər və dezinfeksiyaedici vasitələr müvafiq tibb müəssisələrinə verilib.