Prezident: Bakının digər qəsəbələrinə də dəmir yollarının çəkilişi nəzərdə tutulur

Prezident: Bakının digər qəsəbələrinə də dəmir yollarının çəkilişi nəzərdə tutulur

"Nəqliyyat sahəsində işlər yaxşı gedir"

Bakının digər qəsəbələrinə də dəmir yollarının çəkilişi nəzərdə tutulur.

BakuCity.az-ın məlumatına görə, bunu Prezident İlham Əliyev Novxanıda dəmiryol işçiləri ilə görüşündə deyib.

Dövlət başçısı qeyd edib: "Mənə bu gün təqdim edilən xəritədə “Azərbaycan Dəmir Yolları” QSC-nin gələcək planları göstərilir. Digər qəsəbələrə, kəndlərə dəmir yollarının çəkilişi nəzərdə tutulur, layihələr hazırlanır. Biz tədricən bu işləri görəcəyik ki, Abşeron yarımadasının əksər qəsəbələri rahat dəmir yoluna sahib olsunlar".

Prezident bütövlükdə nəqliyyat sahəsində işlərin yaxşı getdiyini vurğulayıb:

"Keçən il də yaxşı uğurlarımız olub, bu il də. Həm dəmir yollarının, həm də avtomobil yollarının çəkilişi – bütün bu işlər hesab edirəm ki, ən yüksək səviyyədə aparılır".

BakuCity.az

Bakı ətraf qəsəbələr dəmir yolları
Əgər səhv görmüsünüzsə, mətndə səhvi seçin və Ctrl+Enter sıxaraq redaksiyaya göndərin

Şərhlər