Növbəti üç ay ərzində kredit ödənişlərinə güzəşt edilsin - TƏKLİF

"Onlayn ticarətə vergi güzəştləri tətbiq edilsin"

Nazirlər Kabineti koronavirusun təsirlərinin minimumlaşdırılması ilə bağlı proseslərə çevik reaksiya verir.

BakuCity.az-ın məlumatına görə, bunu Milli Məclisin deputatı Vüqar Bayramov Nazirlər Kabinetinin koronavirusun təsiri nəticəsində sahibkarlara dəyə biləcək itkilərin minimuma endirilməsi istiqamətində hazırlanacaq təkliflər paketini şərh edərkən bildirib.

Onun sözlərinə görə, hökumətin bu addımları təqdirəlayiqdir:

“Nəzərə alsaq ki, koronavirusun Azərbaycanda geniş yayılmasının qarşısının alınması ilə bağlı tədbirlər həyata keçirilir və sosial təcrid tətbiq olunur, sahibkarlara dəyə biləcək itkilərin minimuma endirilməsi istiqamətində addımlar müsbət haldır. Hökumət bununla bağlı təkliflər paketi hazırlayır və bununla birlikdə sahibkarlara xüsusi dəstəyin genişləndirilməsi nəzərdə tutulur. Təbii ki, ölkədə tətbiq olunan sosial təcrid tədbirləri sahibkarların fəaliyyətinə təsirsiz ötüşmür. Xüsusən də ictimai iaşə, turizm və xidmət sahəsində fəaliyyət göstərən sahibkarların dövriyyələrində azalma müşahidə olunur. Məsələn, bir ay müddətinə toy mərasimlərinə qadağaların tətbiqi həm şadlıq saraylarının sahiblərinə, həm də orada çalışan işçilərin gəlirlərinə təsir göstərir. Bundan əlavə, məhdudiyyətlər turizm sahəsində fəaliyyət göstərən şirkətlərə də təsirsiz ötüşmür. Nazirlər Kabinetinin sözügedən iclasının məqsədi də sahibkarlara dəyən ziyanın minimumlaşdırılması və onlara dövlət dəstəyinin gücləndirilməsidir”.

Deputat bildirib ki, bu kontekstdə bir neçə təkliflərin dəstək paketinə əlavə edilməsini təklif ediblər:

“Nəzərə alaq ki, bəzi vətəndaşlarımızın, eləcə də sahibkarların kredit öhdəlikləri var. Bu müddət ərzində onların dövriyyələri məhdudlaşdığı üçün kredit ödənişlərində müəyyən çətinliklər yarana bilər. Biz təklif edirik ki, Mərkəzi Bank kommersiya banklarına tövsiyə xarakterli məktub göndərsin. Təkliflərimizdən biri də odur ki, növbəti üç ay ərzində kredit ödənişlərinə güzəştlər edilməsi və yubanmalarla bağlı cərimələrin hesablanmaması tətbiq olunsun. Çünki koronavirusa görə vətəndaşlarımızın və sahibkarların dövriyyələrində müşahidə olunan azalma onların ödəmə qabiliyyətlərinə də təsir göstərir. Digər tərəfdən, onlayn ticarətin təşviq edilməsi üçün bu istiqamətdə fəaliyyət göstərən sahibkarlara dəstəyin gücləndirilməsinin tərəfdarıyıq. Koronavirus birbaşa ünsiyyəti yox, onlayn ünsiyyəti daha da aktuallaşdırır. Bu baxımdan, bir sıra inkişaf etmiş ölkələrdə olduğu kimi, Azərbaycanda da onlayn ticarətə vergi güzəştlərinin tətbiq edilməsi məqsədəuyğun olardı”.

V.Bayramov vurğulayıb ki, güzəştli kreditlərə sahibkarların çıxış imkanlarının genişləndirilməsinə ehtiyac var:

“Xüsusən də rayonlarda çalışan sahibkarların girov təklifetmə ilə bağlı çətinlikləri var. Onlarla bağlı da güzəştlərinin tətbiq edilməsi məqsədəuyğun olar. Bizdə olan məlumata görə, Nazirlər Kabineti tərəfindən kompleks dəstək tədbirlərinin həyata keçirilməsi nəzərdə tutulur. Müvafiq qurumlarla bununla bağlı müzakirələr davam edir. Nazirlər Kabinetinin bu addımı və son görüş bir daha təsdiq edir ki, Azərbaycan hökuməti sahibkarlarla bağlı dəstəyi genişləndirmək niyyətindədir. Koronavirusun sahibkarlıq fəaliyyətinə vurduğu ziyanların minimumlaşdırılması Azərbaycan hökumətinin diqqətindədir. Bu da hökumətin bu məsələdə sahibkarların yanında olduğunu bir daha təsdiq edir”.

BakuCity.az

kredit güzəşt koronavirus
Əgər səhv görmüsünüzsə, mətndə səhvi seçin və Ctrl+Enter sıxaraq redaksiyaya göndərin

Şərhlər

Cəmiyyət
Bu gündən Azərbaycan Milli Məclisinin növbədənkənar sessiyası öz işinə başlayır. BakuCity.az xəbər verir ki, parlamentin 59 deputatı Konstitusiyanın 88-ci maddəsinin II hissəsinə əsasən, növbədənkənar sessiyanın çağırılmasını tələb edib. Bu tələbi nəzərə alan Milli Məclisin Sədri S.Qafarova avqustun 4-dən etibarən parlamentin növbədənkənar sessiyasının çağırılması haqqında sərəncam imzalayıb. Növbədənkənar sessiyanın çağırılması ilə əlaqədar olaraq bu gün...
Cəmiyyət
Bolqarıstan millisinin futbolçusu Martin Raynov "Neftçi"nin maraq dairəsinə düşüb. BakuCity.az  xəbər verir ki, 28 yaşlı yarımmüdafiəçi "ağ-qaralar"dan təklif alıb. Amma tərəflər ortaq məxrəcə gələ bilmədiyindən, danışıqlar dayandırılıb. Ölkə xaricində oynamaq istəyən təcrübəli oyunçunun yenidən son klubu Sofiya "Levski"sinə qayıtma ehtimalı da var. Qeyd edək ki, karyerası ərzində yalnız Bolqarıstan klublarının formasını geyinmiş Martin Raynov yığmada 7 oy...
Cəmiyyət
Azərbaycanda koronavirusun daha çox təsir etdiyi sahələr açıqlanıb. Koronavirus təkcə can almaqla bitmir. Pandemiya bütün dünya ölkələrində olduğu kimi Azərbaycan iqtisadiyyatına da ziyan vurub. BakuCity.az xəbər verir ki, on minlərlə insan işini itirib. Koronavirusun təsir etdiyi sahələri isə saymaqla bitməz. Bunlardan biri də turizm sektorudur.  Bəlkə də dildə asan səslənsə də, amma bu sahədə nə qədər insanın çalışdığını nəzərə alsaq, məsələnin daha cidd...
Cəmiyyət
Bu gün səhər saatlarında dünyasını dəyişən Azərbaycan Ağsaqqallar Şurasının sədri, deputat Fəttah Heydərov 1-ci Fəxri xiyabanda dəfn olunub. BakuCity.az xəbər verir ki, dəfndə mərhumun ailə üzvləri, eləcə də Təhlükəsizlik Şurasının katibi Ramil Usubov, Müdafiə və Sənaye naziri Mədət Quliyev və Bakı Şəhər İcra Hakimiyyətinin başçısı Eldar Əzizov iştirak edib. Qeyd edək ki, 82 yaşında vəfat edən F.Heydərov Fövqəladə Hallar naziri, general-polkovnik Kəmaləddi...
Cəmiyyət
Avqustun 31-dək qüvvədə olan məhdudiyyətlər. 2020-ci il 31 avqust saat 00:00-dək ölkə üzrə tətbiq olunan xüsusi karantin rejimi çərçivəsində qüvvədə olan məhdudiyyətlər açıqlanıb BakuCity.az xəbər verir ki, Nazirlər Kabineti yanında Operativ Qərargahın qərarına əsasən, aşağıdakı məhdudiyyətlər qüvvədədir. • ölkə ərazisinə yerüstü və hava nəqliyyatı yolu ilə giriş-çıxışın dayandırılması; (xüsusi və çarter reysləri istisna olmaqla) • xüsusi təyinatlı, o cüml...
Cəmiyyət
Bu gün səhər saatlarında vəfat edən Azərbaycan Ağsaqqallar Şurasının sədri, deputat Fəttah Heydərovun harada dəfn olunacağı məlum olub. BakuCity.az xəbər verir ki, F.Heydərov bu gün 1-ci Fəxri xiyabanda dəfn olunacaq. Artıq xiyaban əməkdaşları məzarın hazırlanmasına başlayıblar. Həmçinin oxu: Fəttah Heydərov vəfat etdi Qeyd edək ki, 82 yaşlı F.Heydərov Fövqəladə Hallar naziri, general-polkovnik Kəmaləddin Heydərovun atasıdır. (qafqazinfo) BakuCity.az
Kriminal
Sürücü yol polisinə müqavimət göstərdiyi üçün həbs edilib.  BakuCity.az xəbər verir ki, Saatlıda anadan olmuş Abbasov Elmir İsrail oğlu idarə etdiyi 99-BL-611 dövlət nömrə nişanlı, “Mercedes” markalı avtomobil ilə “Koroğlu” metrostansiyasının yaxınlığında əks istiqamətdə hərəkət edib.  Bu zaman o, yol polisləri tərəfindən saxlanılıb. Araşdırma zamanı məlum olub ki, sürücü karantin qaydalarını da pozub. Ona inzibati protokol tərtib olunan zaman yol polisi i...
Cəmiyyət
Fəttah Heydərov dünyasını dəyişib. Azərbaycan Ağsaqqallar Şurasının sədri, deputat, Parlamentin Hesablayıcı komissiyasının sədri Fəttah Heydərov dünyasını dəyişib. BakuCity.az xəbər verir ki, o, bu gün səhərə yaxın vəfat edib. Qeyd edək ki, F.Heydərov Fövqəladə Hallar naziri, general-polkovnik Kəmaləddin Heydərovun atasıdır. (BakuPost) BakuCity.az
Cəmiyyət
Nəsimi rayonu, Abbas Səhhət küçəsinin  sakinləri evlərinin qanunsuz sökülməsinə etiraz ediblər.  BakuCity.az xəbər verir ki, sakinlər bildirirlər ki, adını bilmədikləri tikinti şirkəti onların evlərini sökməyə və onları evindən məcburi şəkildə çıxarmağa çalışır. Sakinlərin dediklərinə görə, onları evindən çıxmağa məcbur edənləri məhkəməyə veriblər. Nəticə olaraq Ali Məhkəmə qərar verib ki, sakinlərə kompensasiya ödənilməlidir. Sakinlər bildirirlər ki, tiki...