Ürək çatışmazlığından ölüb
Bakıda 22 həftəlik hamilə qadın ölüb.
BakuCity.az xəbər verir ki, Gəncə şəhər sakini, 1989-cu il təvəllüdlü Şəbnəm Mustafayeva bətnindəki uşaqla birlikdə ölüb.
Araşdırmalar zamanı məlum olub ki, Ş.Mustafayeva 5 il qabaq ürək əməliyyatı keçirib. Bu il martın 17-də "Mitral qapağın protezinin trombozu" diaqnozu ilə Topçubaşov adına Elmi Cərrahiyyə Xəstəxanasına yerləşdirilib. Ötən gün isə ürək çatışmazlığından ölüb.
Faktla bağlı Yasamal Rayon Prokurorluğunda araşdırma aparılır.
BakuCity.az