Rayonlardan gələn yollarda postlar qurulub, sürücülər yaşadıqları rayona qaytarılıb - VİDEO

Rayonlardan gələn yollarda postlar qurulub, sürücülər yaşadıqları rayona qaytarılıb - VİDEO

Rayon qeydiyyatında olanlar müxtəlif bəhanələr gətirirlər

Gecə saat 00:00-dan etibarən rayon dövlət qeydiyyat nişanlı avtomobillərə paytaxta girişinə qadağa qoyulub.

BakuCity.az APA TV-yə istinadən xəbər verir ki, bunun üçün paytaxta şimal, cənub və qərb rayonlarından gələn yollarda xüsusi postlar qurulub.

Bakı-Qazax şosesinin 65-ci kilometirliyində, yəni Ələt qəsəbəsində qurulan postda yol polisi əməkdaşları ilə birgə Qaradağ Rayon Polis İdarəsinin Əlahiddə Çevik Polis Alayının əməkdaşları birgə fəaliyyət göstərir.

Paytaxta daxil olmaq istəyən rayon qeydiyyatında olan şəxslər müxtəlif bəhanələr gətirirlər. Lakin bütün bəhanələr onların paytaxtda daxil olmasına kömək etməyib. Postda ayrılmış yolla həmin vətəndaşlar geriyə - yaşadıqları rayona qaytarılıb.

Ancaq paytaxt qeydiyyatında olan sərnişin və sürücülər isə yoxlanıldıqdan sonra Bakıya məhdudiyyətsiz buraxılıb.

Yük avtomobilləri isə xüsusi olaraq yoxlanılıb. Həmin avtomobillərdə daşınan yükə baxıldıqdan sonra paytaxta buraxılıb.

Qurulan postda polis gücləndirilmiş iş rejimində fəaliyyət göstərir. Vətəndaşlardan xahiş edilir ki, rayon qeydiyyatında olan sürücü və sərnişinlər paytaxta səfərini təxirə salsın.

Qeyd edək ki, bu məhdudiyyət martın 29-na kimi nəzərdə tutulub.

BakuCity.az

Bakı məhdudiyyət postlar
Əgər səhv görmüsünüzsə, mətndə səhvi seçin və Ctrl+Enter sıxaraq redaksiyaya göndərin
Şərhlər