Bakıdan bölgələrə xüsusi qrafiklə avtobuslar işləyəcək

Bakıdan bölgələrə xüsusi qrafiklə avtobuslar işləyəcək

Qayıdış da yalnız Bakıda qeydiyyatda olanlar üçün mümkün olacaq

Bakı Beynəlxalq Avtovağzal Kompleksindən şəhərlərarası bütün istiqamətlərə avtobus reysləri fəaliyyətini davam etdirir.

BakuCity.az-ın məlumatına görə, bu barədə Kompleksin mətbuat katibi Pərvin Məmmədova məlumat verib. 

Onun sözlərinə görə, reyslərlə bağlı əlavə məlumat almaq üçün (012) 406-01-58/59 nömrəli “Məlumat Mərkəzi”nə zəng etmək, eyni zamanda [email protected] e-poçt ünvanına və Bakı Beynəlxalq Avtovağzal Kompleksinin "Facebook" səhifəsinə yazmaq olar.

Bakı Beynəlxalq Avtovağzal Kompleksindən gedişlər xüsusi qrafiklərlə tənzimlənəcək və məhdudiyyət qoyulan tarixə qədər qayıdış yalnız Bakı şəhərində qeydiyyatda olan sərnişinlər üçün mümkün olacaq.

Qeyd edək ki ki, koronavirus infeksiyasının yayılmaması məqsədilə bu gündən respublikanın şəhər və rayonlarında qeydiyyatda olan nəqliyyat vasitələrinin və onların sərnişinlərinin Bakı və Sumqayıt şəhərlərinə, eləcə də Abşeron rayonuna buraxılması bu gündən dayandırıb. Qərara əsasən, xüsusi təyinatlı, o cümlədən təcili tibbi yardım, qəza-bərpa, xilasedici, habelə yük daşıyan avtomobillərin hərəkəti istisna olmaqla, respublikanın şəhər və rayonlarında qeydiyyatda olan nəqliyyat vasitələri və onların sərnişinləri martın 29-na qədər Abşeron yarımadasına buraxılmayacaq. 

BakuCity.az

Bakı bölgələr xüsusi qrafik avtobuslar
Əgər səhv görmüsünüzsə, mətndə səhvi seçin və Ctrl+Enter sıxaraq redaksiyaya göndərin
Şərhlər