12 dərəcə isti olacaq
Martın 20-də Bakıda havanın dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir.
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən BakuCity.az-a verilən məlumata görə, gecəyə doğru bəzi yerlərdə çiskinli olacağı ehtimalı var. Şimal küləyi əsəcək.
Havanın temperaturu gecə 4-6, gündüz 10-12 dərəcə isti olacaq.
Atmosfer təzyiqi norma daxilində 762 mm civə sütunu təşkil edəcək, nisbi rütubət gecə 70-80, gündüz 50-55 faiz olacaq.
Tibbi-meteoroloji proqnoza görə, martın 20-də Abşeron yarımadasında meteoroloji amillərin zəif tərəddüdü meteohəssas insanlar üçün əsasən əlverişlidir.
Qeyd edək ki, yaz fəslinin ölkəmizə qədəm qoyması sabah yerli vaxtla saat 07:49-a təsadüf edəcək. Bununla da gecə ilə gündüz bərabərləşəcək.
BakuCity.az