Koronavirusdan qorunmaq üçün ticarət obyektlərində necə davranmalıyıq? - VİDEOÇARX

Koronavirusdan qorunmaq üçün ticarət obyektlərində necə davranmalıyıq? - VİDEOÇARX

Tövsiyələrə əməl edin

Vergilər Nazirliyi koronavirus pandemiyası ilə bağlı əhalinin maarifləndirilməsi və məlumatlandırılması istiqamətində sosial məsuliyyət tədbirlərini davam etdirir.

BakuCity.az xəbər verir ki, koronavirusla mübarizənin səmərəliliyinin artırılması, əhalinin təlaşa düşməməsi və sadə gigiyena qaydalarına riayət etməsinin təşviqi məqsədilə nazirliyin Media və kommunikasiya idarəsi doğru davranış qaydalarından bəhs edən “Koronavirusdan qorunmaq üçün ticarət obyektlərində necə davranmalıyıq?” başlıqlı sosial çarx hazırlayıb.

Bundan başqa, “Tibbi maskalardan nə zaman və necə istifadə etməliyik?”, “Koronavirusdan qorunmaq üçün əllərimizi necə yumalıyıq?”, “Yaşlıları koronavirusdan qoruyaq!” və digər movzularda məlumatlandırma xarakterli çarxlar da hazırlanır.

BakuCity.az

Koronavirus ticarət obyektləri
Əgər səhv görmüsünüzsə, mətndə səhvi seçin və Ctrl+Enter sıxaraq redaksiyaya göndərin
Şərhlər