Azərbaycanda daha bir müəssisə tibbi spirt istehsalına başladı - FOTO

Azərbaycanda daha bir müəssisə tibbi spirt istehsalına başladı - FOTO

25 min litrə yaxın tibbi spirt apteklərə yola salınıb

Azərbaycanda daha bir müəssisə tibbi spirt istehsalına başlayıb.

Bu barədə BakuCity.az-a İqtisadiyyat Nazirliyindən məlumat verilib.

Bildirilib ki, “CARÇIOGLU GROUP” MMC və Rusiyanın “Tatspirtprom” dövlət şirkətinin birgə əməkdaşlığı ilə yaradılan “RUS AZERİ SPİRİTS” zavodunda tibbi spirt istehsalına start verilib. 

Artıq istehsal olunan məhsulun ilk partiyası – 25 min litrə yaxın tibbi spirt apteklərə yola salınıb.

Qeyd edək ki, Qusar rayonunda yerləşən müəssisə gündə 20-25 min litr tibbi spirt istehsal etmək gücünə malikdir. İstehsal tamamilə yerli xammala əsaslanır.

Azərbaycanda daha bir müəssisə tibbi spirt istehsalına başladı - FOTO, fotoşəkil-1 Azərbaycanda daha bir müəssisə tibbi spirt istehsalına başladı - FOTO, fotoşəkil-2 Azərbaycanda daha bir müəssisə tibbi spirt istehsalına başladı - FOTO, fotoşəkil-3 Azərbaycanda daha bir müəssisə tibbi spirt istehsalına başladı - FOTO, fotoşəkil-4

BakuCity.az

Azərbaycan tibbi spirt istehsal
Əgər səhv görmüsünüzsə, mətndə səhvi seçin və Ctrl+Enter sıxaraq redaksiyaya göndərin

Şərhlər