Bakı əhalisinin ən çox içdiyi araq hansıdır?

Bakı əhalisinin ən çox içdiyi araq hansıdır?

"Siz araq içirsiniz?"

Araq istifadəçilərinin sayı və ən çox istifadə edilən spirtli içkinin markası məlum olub.

BakuCity.az FED.az-a istinadən xəbər verir ki, bu, "Business Insight" şirkətinin Bakı şəhərində əhalinin həyat tərzini öyrənmək məqsədilə keçirdiyi sorğu nəticəsində aydın olub.

Sorğu iştirakçılarına "Siz spirtli içkilər, araq içirsinizmi" və "Siz hansı markalı araqdan içirsiniz" sualları verilib.

Respondentlərin 87,7%-i araq istifadəçisi olmadığını, 12.3 faizi (80 nəfər) araq istifadəçisi olduğunu bildirib. Bu kateqoriyadan olan paytaxt sakinlərinin 21.3%-i isə araqdan istifadə edərkən markaya önəm vermədiyini qeyd edib.

İstifadə olunan brendlər arasında isə siyahıya “Nemiroff” liderlik edib.

Xatırladaq ki, Bakıda 650 nəfər arasında keçirilən sorğuda iştirak edənlərin 50%-i qadın, 50%-i kişi olub. Respondentlərin 10,8%-i 18-25 yaş arası, 36,9%-i 26-35 yaş arası, 20,6%-i 36-45 yaş arası, 17,4%-i 46-55 yaş arası, 14,3%-i isə 56-65 yaş arasında olanlardır. Respondentlərin orta aylıq gəlirləri 540, ailənin orta aylıq gəliri 820 AZN olub. Rəyi soruşulanların 46%-ni orta məktəb, 15%-ni orta ixtisas texnikomu, 39%-ni isə ali təhsilli şəxslər təşkil edib.

BakuCity.az

Bakı əhalisi araq sorğu
Əgər səhv görmüsünüzsə, mətndə səhvi seçin və Ctrl+Enter sıxaraq redaksiyaya göndərin

Şərhlər