Qeyri-formal məşğulluğun qarşısının alınması üçün işçi qrupları yaradılacaq

Fəaliyyətin əlaqələndirilməsi Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə həvalə olunub

Nazirlər Kabinetinin qərarı ilə təsdiq edilmiş “Qeyri-formal məşğulluğun leqallaşdırılması sahəsində nəzarət tədbirlərinin keçirilməsi və əlaqələndirilməsi Qaydası”na əsasən, nəzarət tədbirlərini Əmək və Əhalinin Sosial Müdafiəsi, İqtisadiyyat nazirlikləri və Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyi birgə həyata keçirəcəklər. Bu sahədə fəaliyyətin əlaqələndirilməsi Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə həvalə olunub.

Nazirliyin İctimaiyyətlə əlaqələr və kommunikasiya şöbəsindən bildiriliblər ki, nəzarət sahələri üzrə preventiv və nəzarət tədbirləri həyata keçiriləcək, qeyri-formal məşğulluq səviyyəsinin yüksək olduğu sahələr üzrə təhlillər aparılmaqla risk qrupları müəyyən ediləcək. Bu qruplar üzrə qeyri-formal məşğulluğun aşkar edilməsinə və qarşısının alınmasına dair preventiv və nəzarət tədbirləri ilə bağlı illik plan tərtib ediləcək. Həmçinin, “Qeyri-formal məşğulluğa nəzarət” vahid elektron informasiya ehtiyatı vasitəsilə fəaliyyət istiqamətlərinə uyğun olaraq monitorinqlər keçiriləcək, aşkar olunmuş qeyri-formal məşğulluq faktları ilə bağlı məsuliyyət tədbirləri görüləcək.

Risk qrupları, preventiv və nəzarət tədbirlərinə dair tərtib olunan illik plan, habelə həyata keçirilmiş preventiv və nəzarət tədbirləri, onların nəticələri haqqında məlumatlar “Qeyri-formal məşğulluğa nəzarət” vahid elektron informasiya ehtiyatına daxil ediləcək.

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi əlaqələndirməni həyata keçirən orqan kimi “Qeyri-formal məşğulluğa nəzarət” vahid elektron informasiya ehtiyatının fəaliyyətini, habelə elektron informasiya ehtiyatı vasitəsilə birgə nəzarət tədbirlərinin əlaqələndirilməsini təmin edəcək. Nazirlik, eyni zamanda, bu tədbirlər çərçivəsində görülən işlər barədə illik hesabat hazırlayacaq, qeyri-formal məşğulluğun qarşısının alınması ilə bağlı tədbirlərin həyata keçirilməsi üçün işçi qrupları yaradacaq.

Qaydaya əsasən, əmək müqaviləsi hüquqi qüvvəyə minmədən işəgötürən tərəfindən fiziki şəxslərin işlərin (xidmətlərin) yerinə yetirilməsinə cəlb edilməsi, mülki-hüquqi müqavilə bağlanılmadan müəyyən fəaliyyətin yerinə yetirilməsi qeyri-formal məşğulluq halları kimi müəyyən olunacaq. Eyni zamanda, sahibkarlıq fəaliyyətinin rəsmiləşdirilmədən, yəni vergi orqanlarında uçota durmadan, habelə mülkiyyətində olan kənd təsərrüfatına yararlı torpaqdan istifadənin rəsmiləşdirilmədən həyata keçirilməsi, “Ailə kəndli təsərrüfatı haqqında” Qanuna uyğun olaraq, yerli özünüidarəetmə orqanında uçota durmadan ailə kəndli təsərrüfatının təşkili də qeyri-formal məşğulluq halları hesab olunacaq. Belə halları müəyyən etməyə imkan verən foto və ya videoqeydiyyat funksiyalarına malik xüsusi texniki vasitələrdən də istifadə olunacaq.

Monitorinqlər “Qeyri-formal məşğulluğa nəzarət” vahid elektron informasiya ehtiyatına inteqrasiya edilmiş informasiya sistemlərində müqayisəli (çarpaz) yoxlamaların aparılması vasitəsilə təşkil olunacaq. Monitorinq nəticəsində şəxsin məşğulluğuna dair məlumatlar məşğul şəxslərin reyestrində olmadıqda və ya mövcud olan məlumatların ziddiyyətli olduğu aşkarlandıqda qeyri-formal məşğulluğa yol vermiş şəxsə elektron informasiya ehtiyatı vasitəsilə bildiriş göndəriləcək.

Bildirişdə qeyri-formal məşğulluğa yol verilməsi ilə bağlı aşkar olunmuş pozuntu və ya uyğunsuzluqlar, onların aradan qaldırılması üçün görülməli olan tədbirlər, bu tədbirlərin müddəti qeyd olunacaq. Pozuntu və uyğunsuzluqlar aradan qaldırılmadığı təqdirdə qeyri-formal məşğulluğa yol verilməsi ilə bağlı məsuliyyət tədbirləri görüləcək.

BakuCity.az

Azərbaycan Nazirlər kobineti İşçi qrupu
Əgər səhv görmüsünüzsə, mətndə səhvi seçin və Ctrl+Enter sıxaraq redaksiyaya göndərin

Şərhlər

Şərhlər ünsiyyət, müzakirə və maraqlı sualların aydınlaşdırılması üçün nəzərdə tutulub

Cəmiyyət
“Heç bir məhdudiyyət yoxdur” Sosial şəbəkələrdə bu gündən şəxsi avtomobillərə benzin satışının qadağan olunacağı ilə bağlı məlumatlar yayılıb. “SOCAR Petroleum” QSC-dən BakuCity.az-a bildirib ki, şirkətə məxsus yanacaqdoldurma məntəqələrində bütün yanacaq növlərinin fasiləsiz satışı davam edir. Hər kəs istədiyi miqdarda yanacaq əldə edə bilər: “Hazırda yanacaq satışında heç bir məhdudiyyət yoxdur”. “Azpetrol”dan da yayılan məlumatları təkzib ediblər. BakuC...
Cəmiyyət
“Biz həm ermənilərə, həm də COVİD-19-a qarşı mübarizə aparırıq” Azərbaycanda hərbi xidmətə çağırış müddəti mayın 31-dək uzadılıb. BakuCity.az məlumat verir ki, “Azərbaycan Respublikası vətəndaşlarının 2020-ci il aprelin 1-dən 30-dək müddətli həqiqi hərbi xidmətə çağırışı müddətinin uzadılması haqqında” qanun layihəsi Milli Məclisin bu gün keçirilən plenar iclasında müzakirəyə çıxarılıb. Sənəddə hərbi çağırış müddətinin mayın 31-dək uzadılması təklif olunub...
Cəmiyyət
Ciddi zərurət olmadan nəqliyyatdan istifadə etməyin Daxili İşlər Nazirliyi (DİN) xüsusi karantin rejimi dövründə hansı obyektlərin işləyəcəyini açıqlayıb. BakuCity.az-ın məlumatına görə, nazirliyin mətbuat xidmətinin rəisi, polis polkovniki Ehsan Zahidov APA-nın sorğusuna cavabında bildirib ki, xüsusi karantin rejimi dövründə əhalinin sağlamlığını qorumaq məqsədilə respublika ərazisində, o cümlədən paytaxt Bakıda bəzi obyektlərin fəaliyyəti dayandırılır, b...
Cəmiyyət
“Məsafə saxla” xəbərdarlığına əməl olunmur Ölkə ərazisində karantin rejiminin gücləndirilməsi ilə əlaqədar Bakı Metropoliteninin iş saatlarının azaldılması metronun girişində sıxlığın yaranmasına səbəb olub.  BakuCity.az Baku TV-yə istinadən məlumat verir ki, sərnişinlər ara məsafəsi saxlamır, polisin “Məsafə saxla” xəbərdarlığına əməl etmirlər. Bu isə xüsusi karantin rejiminin tələblərinin pozulmasıdır. Tələbə əsasən, 10-dan çox insan bir yerə toplaşmamal...
Cəmiyyət
Saat 09:00-dan 17:00-dək fəaliyyət göstərir Xüsusi karantin rejiminin gücləndirilməsi işləri çərçivəsində metro stansiyalarının fəaliyyətinin məhdudlaşdırılması ilə əlaqədar Bakı Nəqliyyat Agentliyi (BNA) daha 5 xüsusi ekspres marşrut xətti təşkil edib. Agentlikdən BakuCity.az-a verilən məlumata görə, məqsəd həyat fəaliyyətinin təmin edilməsi baxımından zəruri hesab olunan sahələrdə (xüsusi xidmət sahələri, ərzaq mağazaları və s.) xüsusi xəstəxana və karan...
Cəmiyyət
Vətəndaşlara pul yardımı ediləcəyi ilə bağlı xəbərlərə rəsmi münasibət Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi vətəndaşlara minimum əməkhaqqı məbləğində yardım edilməsi ilə bağlı mətbuatda yayılan xəbərlərə aydınlıq gətirib. BakuCity.az-ın verdiyi məlumata görə, Nazirliyin İctimaiyyətlə əlaqələr və kommunikasiya şöbəsinin müdiri Fazil Talıbov “Report”a açıqlamasında bildirib ki, Prezident İlham Əliyevin fərmanı ilə yaradılan Məşğulluq və sosial məsələl...
Cəmiyyət
Azərbaycanda daha 27 nəfərdə koronavirus aşkarlanıb Azərbaycanda 27 yeni koronavirus (COVID-19) infeksiyasına yoluxma faktı qeydə alınıb. Həmin şəxslərdən 8 nəfərin vəziyyəti orta ağır qiymətləndirilir, digərlərinin səhhəti isə stabildir. Bu barədə BakuCity.az-a Nazirlər Kabineti yanında Operativ Qərargahdan məlumat verilib. Hazırda Azərbaycanda xüsusi rejimli xəstəxanalara yerləşdirilən 190 nəfər aktiv koronavirus xəstəsi həkim nəzarəti altındadır, onları...
Ekologiya
Axşam şimal-qərb küləyi əsəcək Bakıda sabaha gözlənilən hava şəraiti açıqlanıb. Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən BakuCity.az-a verilən məlumata görə, martın 30-da paytaxtda havanın dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Lakin gecə bəzi yerlərdə yağış yağacağı ehtimalı var. Səhər arabir duman olacaq. Mülayim cənub-qərb küləyi axşam şimal-qərb küləyi ilə əvəz oluna...
Cəmiyyət
Karantinə alınıb Cəlilabad Rayon İcra Hakimiyyəti başçısının müavini - Sosial-iqtisadi inkişafın təhlili və proqnozlaşdırılması şöbəsinin müdiri Alıcı Dilavərovda koronavirus testinin nəticəsi pozitiv çıxıb. BakuCity.az-ın məlumatına görə, bunu 68 saylı Cəlilabad kənd seçki dairəsinin deputatı Elman Nəsirov "Report”a deyib. Deputat icra başçısının müavini ilə əlaqə saxladığını bildirib: "Alıcı Dilavərovla əlaqə saxlayan zaman bildirdi ki, İcra Hakimiyyətin...