Cem Adrianın Bakı konserti bu tarixdə reallaşacaq - FOTO + VİDEO

Cem Adrianın Bakı konserti bu tarixdə reallaşacaq - FOTO + VİDEO

Tanınmış müğənni Bakıda növbəti konsertini verəcək

EVENT OFFICE-in təşkilati dəstəyi ilə tanınmış türkiyəli müğənni Cem Adrian bir ildən sonra yenidən Bakıda azərbaycanlı pərəstişkarları ilə görüşəcək.

BakuCity.az xəbər verir ki, 2019-cu il 2 mindən çox pərəstişkarına musiqi dolu saatlar yaşadan C.Adrian 29 may saat 20:30-da "Elektra Events Hall" səhnəsində növbəti konsertini verəcək.

C.Adrian 10 ildir sadəcə cəlbedici səsi ilə deyil, fərqli musiqisi ilə bəstəkar və söz yazarı olaraq musiqinin müxtəlif sahələrində bir çox əsərlərə imza atıb. 

Son olaraq "Çukur" serialındaki "Kum Gibi" mahnısı ilə milyonları özünə heyran edən, musiqidə sərhədləri, tərzləri, qaydalar kənarında özünü sadəcə "Azad musiqiçi" olaraq təyin edən C.Adrianın budəfəki konsertinin də möhtəşəm olacağına şübhə yoxdur.

Qeyd edək ki, 28 mart tarixində nəzərdə tutulan konsert, Azərbaycanda koronavirusun yayılmasının qarşısının alınmasına yönəlik profilaktik tədbirlərə uyğun olaraq təxirə salınmışdı.

Həmçinin oxu: Cem Adrianın Bakı konserti: Qadınlara özəl endirim - VİDEO

Biletləri şəhərin bütün kassalarından, "28 Mall", "Ganjlik Mall" ticarət mərkəzlərindən, "ASAN xidmət" mərkəzlərindən və www.iticket.az saytından əldə etmək olar.

Əlaqə: +994 99 333 83 68

Konsertin informasiya tərəfdaşı BakuCity.az saytıdır. 

BakuCity.az

Bakı Cem Adrian
Əgər səhv görmüsünüzsə, mətndə səhvi seçin və Ctrl+Enter sıxaraq redaksiyaya göndərin
Şərhlər