Kafe, restoran, çayxana, internet klubları da bağlanacaq - RƏSMİ

Kafe, restoran, çayxana, internet klubları da bağlanacaq - RƏSMİ

Koronavirus infeksiyasının yayılmasının qarşısının alınması istiqamətində görülən tədbirlər davam etdirilir

Nazirlər Kabinetinin yanında Operativ Qərargahdan BakuCity.az-ya verilən məlumata əsasən, növbəti addım kimi Azərbaycan Respublikası ərazisində  fəaliyyət göstərən kafe, restoran, çayxana, internet klubları və adamların toplaşdığı başqa ictimai-iaşə müəssisələrinin iş müddəti martın 22-dən başlayaraq səhər saat 09.00-dan 15.00-dək müəyyən edilir.

İctimai iaşə müəssisələri saat 21.00-dək onlayn sifarişlər əsasında məhsullarını ünvanlara çatdıra və vətəndaşlara evə götürmək üçün qida sata bilərlər.
Məqsəd vətəndaşların təmas imkanlarını minimuma endirmək, eyni zamanda zəruri qidalanma imkanlarını da saxlamaqdır. 

Qaydanı pozan müəssisələr sərt şəkildə cəzalandırılacaqlar.

BakuCity.az

Kofe Restoran
Əgər səhv görmüsünüzsə, mətndə səhvi seçin və Ctrl+Enter sıxaraq redaksiyaya göndərin
Şərhlər