Uşaqlar üçün vacib olan vitaminləri bu QİDALARDAN əldə etmək olar

D vitamini sümüklərin formalaşmasında əvəzsiz rol oynayır

Südəmər və məktəbəqədər uşaqların qida rasionunda vitaminlər və mineralların da miqdarına diqqət yetirmək vacib məqamlardan biridir.

BakuCity.az Trend-ə istinadən xəbər verir ki, bunlardan göz, dəri və daxili orqanların selikli qişasının sağlamlığı üçün vacib olan A vitamini qaraciyər, süd məhsulları, balıq yağı, tünd-yaşıl yarpaqlı və sarı (məsələn kök) tərəvəzlərin tərkibindədir. Sümüklərin formalaşmasında əvəzsiz rol oynayan D vitamini balıq yağı, qaraciyər, balıq məhsullarının tərkibində, antioksidant xüsusiyyətə malik olan E vitamini bitki yağı, qoz, yaşıl yarpaqlı tərəvəzlərin tərkibində, yaraların sağalması zamanı toxumaların bərpasında vacib rol oynayan C vitamini sitrus meyvələri, pomidor, kələmin tərkibində, sinir sisteminin, maddələr və enerji mübadiləsinin tənzimlənməsi, qanda qırmızı qan hüceyrələrinin (eritrositlərin) əmələ gəlməsində əvəzsiz rol oynayan B qrupu vitaminləri (B1, B2, B3, B6, B12) taxıl və paxlalı bitkilər, ət, süd, yumurta, balıq, yaşıl yarpaqlı tərəvəz bitkilərinin tərkibindədir.

Sinir sisteminin normal fəaliyyəti üçün mühüm rol oynayan fol turşusu qaraciyər, portağal şirəsi, yaşıl yarpaqlı tərəvəz bitkilərinin tərkibində; zülal və karbohidrat mübadiləsində çoxsaylı reaksiyaları tənzimləyən pantoten turşusu heyvan mənşəli qida məhsulları, paxlalı bitkilərin tərkibində üstünlük təşkil edir.

Vitaminlərlə bərabər, bir sıra minerallar vardır ki, onlar əvəzedilməz qida mikroelementləri olmaqla, uşaqların böyümə, inkişaf və sağlamlığında mühüm rol oynayır. Südəmər və məktəbəqədər uşaqlar üçün bu minerallardan ən əhəmiyyətliləri yod, sink, kalsium və natriumdur. Qalxanabənzər vəzin hormonlarının sintezində və bununla da maddələr mübadiləsinin tənzimlənməsində əvəzedilməz substrat olan yod yodlaşdırılmış duz, dəniz məhsulları, bəzi bitki və heyvan mənşəli qida məhsullarının tərkibində; yaraların sağalması, fiziki və reproduktiv inkişafı təmin edən sink ət, balıq, yumurta, taxıl və paxlalı bitkilərin tərkibində; sümük və dişlərin inkişafı və formalaşmasında, sinir impulslarının ötürülməsində əvəzsiz rol oynayan kalsium süd, pendir, krevetka, balıq əti (qızılbalıq, sardina, siyənək), yaşıl yarpaqlı tərəvəz bitkilərinin tərkibində, hüceyrədaxili mübadilə və turşu-qələvi balansının tənzimlənməsində əvəzsiz rol oynayan, sinir və əzələ liflərinin funksiyalarının yerinə yetirilməsində hüceyrələrin elektrik aktivliyini tənzimləyən natrium isə daha çox duz, ət, balıq, yumurta, süd məhsullarının tərkibində üstünlük təşkil edir.

Uşaq qida rasionunda çox yağlı ət, həmçinin yağlı quş əti (məsələn, ördək, qaz əti), eləcə də kəskin ədviyyatlar və qida əlavələri (sirkə, istiot) istisnalıq təşkil edir.

BakuCity.az

Uşaqlar vitaminlər qidalar
Əgər səhv görmüsünüzsə, mətndə səhvi seçin və Ctrl+Enter sıxaraq redaksiyaya göndərin

Şərhlər

Cəmiyyət
Xəbər verdiyimiz kimi, paytaxt çimərlikləri avqustun 5-dən istifadəyə verilib. Nazirlər Kabineti yanında Operativ Qərargahın qərarı ilə çimərliklər xüsusi karantin rejiminin tələblərinə uyğun müəyyən edilən qaydalar çərçivəsində avqustun 5-dən vətəndaşların istifadəsinə verilib. Yay fəslində vətəndaşların ən çox üz tutduqları məkanlardan olan çimərliklərdə son iki gündür ki, sıxlıq müşahidə olunur. Bu da koronavirusa yoluxma riskini artırır. Bakı Şəhər İcr...
Cəmiyyət
BNA pandemiya zamanı görülən işlərlə bağlı əhaliyə müraciət edib. Azərbaycanda koronavirus pandemiyası ilə mübarizədə sistemli işlər görülür. Dövlət tərəfindən tətbiq edilən profilaktik və preventiv tədbirlər sayəsində son vaxtlar koronavirusa qarşı mübarizə işində müsbət dinamika müşahidə olunur. Bakı Nəqliyyat Agentliyindən (BNA) BakuCity.az-a bildirilib ki, pandemiya zamanı hökumətin diqqətdə saxladığı əsas məsələlərdən biri də Bakı şəhərində əhalinin,...
Kriminal
Paytaxtın Suraxanı rayonunda qardaş qardaşı öldürüb. Avqustun 8-də Suraxanı rayonu ərazisində Səfa Eynullayevin bıçaqlanaraq öldürülməsi barədə məlumat daxil olub. BakuCity.az xəbər verir ki, Suraxanı rayon prokurorluğundan verilən məlumata görə, dərhal prokurorluq əməkdaşları tərəfindən məhkəmə-tibb ekspertinin iştirakı ilə hadisə yerinə və meyitə baxış keçirilib, digər prosessual hərəkətlər yerinə yetirilib. Faktla bağlı Suraxanı rayon Prokurorluğunda Ci...
Hadisələr
Bakıda polisə soyuq silahla xəsarət yetirilib. BakuCity.az xəbər verir ki, hadisə Xətai rayonunda qeydə alınıb. Polis əməkdaşı oğurluq edən şəxsi yaxalayan zaman cinayətkar ona bıçaq zərbəsi endirib. Nəticədə polis həyatını qorumaq və oğurluq edən şəxsin ərazidən qaçmasının qarşısını almaq üçün öncə havaya, daha sonra ona atəş açıb. Ayağından güllə yarası alan 1994-cü il təvəllüdlü Elşad Əsədov və hüquq mühafizə orqanın əməkdaşı 3 saylı Şəhər Klinik Xəstəx...
Siyasət
"Azərbaycan Ordusu daha güclüdür və yaxşı təchiz olunub, amma..." Rusiya Hərb Elmləri Akademiyasının rəyasət heyətinin üzvü, hərb elmləri doktoru, bir sıra müharibələrin veteranı, general-leytenant Sergey Çvarkova görə, Qarabağ münaqişəsini sülh yolu ilə həll etmək mümkün deyil. Amma Rusiyanın hərbi-siyasi rəhbərliyinin yürütdüyü siyasətin sayəsində az qala 30 ildir ki, münaqişə nəzarət altındadır və onun ifrat kəskinləşməsinə imkan verilmir. “Dağlıq Qarab...
Kriminal
Ermənilər Gürcüstanda iğtişaşlar törədib, 5 bina yandırılıb. Gürcüstanda ermənilərin yığcam yaşadıqları Samtsxe Cavaxeti bölgəsinin Axalkalaki şəhərində iğtişaşlar törədilib. BakuCity.az xəbər verir ki, buna səbəb Kulikam kəndindən olan gəncin odlu silahla qətlə yetirilməsi olub. Qətl hadisəsindən sonra gənclər arasında qarşıdurma baş verib. Bir qrup aqressiv gənc Axalkalakidə yerləşən 4 ev və 1 mehmanxananı yandırıblar. Yandırılan binaların sahibinin gənc...
Ekologiya
Bakıda 9 avqustda gözlənilən hava şəraiti açıqlanıb. Milli Hidrometeorologiya Xidmətindən BakuCity.az-a verilən məlumata görə, Bakıda və Abşeron yarımadasında havanın yağmursuz keçəcəyi gözlənilir. Mülayim cənub küləyi əsəcək. Havanın temperaturu Abşeron yarımadasında gecə 22-25, gündüz 29-34, Bakıda gecə 23-25, gündüz 31-33 dərəcə isti olacaq. Atmosfer təzyiqi normadan aşağı 754 mm civə sütunu, nisbi rütubət gecə 60-70, gündüz 40-45 faiz təşkil edəcək. Ab...
Cəmiyyət
"17 avqust ərəfəsində kafe və restoranların açıq hissəsində fəaliyyətinin bəpa olunması müzakirə olunur. Bundan bir həftə sonra isə rayonlara gediş-gəlişin bərpa edilməsi istiqamətində fikir mübadiləsi aparılır". BakuCity.az xəbər verir ki, bunu Azərbaycan Prezidentinin köməkçisi – Azərbaycan Prezidentinin Administrasiyasının İqtisadi məsələlər və innovativ inkişaf siyasəti şöbəsinin müdiri Şahmar Mövsümov Operativ Qərargahın brifinqində deyib. Şahmar Mövs...
Cəmiyyət
"Bir çox ölkələrin strategiyasında məhz nəqliyyatın məhdudlaşdırılmasından istifadə olunur ki, yoluxma artmasın. Biz də buna məcburuq". BakuCity.az xəbər verir ki, bunu Azərbaycan Prezidentinin köməkçisi – Azərbaycan Prezidentinin Administrasiyasının İqtisadi məsələlər və innovativ inkişaf siyasəti şöbəsinin müdiri Şahmar Mövsümov Operativ Qərargahın brifinqində deyib. Şahmar Mövsümov bildirib ki, metroda virusun yayılması ehtimalı daha yüksək olduğuna gör...